...

İsrail Prezidenti Azərbaycan FHN-nin əməkdaşları ilə görüşüb, onlara öz təşəkkürünü bildirib (FOTO)

Cəmiyyət Materials 27 Noyabr 2016 23:21 (UTC +04:00)
Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq Azərbaycan Fövqəladə Hallar Nazirliyinin "BE-200ÇS" amfibiya tipli təyyarəsi İsrail Dövlətində yanğınların söndürülməsi əməliyyatlarında iştirakını davam etdirir
İsrail Prezidenti Azərbaycan FHN-nin əməkdaşları ilə görüşüb, onlara öz təşəkkürünü bildirib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq Azərbaycan Fövqəladə Hallar Nazirliyinin "BE-200ÇS" amfibiya tipli təyyarəsi İsrail Dövlətində yanğınların söndürülməsi əməliyyatlarında iştirakını davam etdirir.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, təyyarə 27 noyabr 2016-cı il tarixində əməliyyat planına uyğun olaraq İsrailin Hayfa şəhəri yaxınlığında 150 km radiusda hava məkanında növbə çəkmişdir.

Qeyd edək ki, bu gün İsrail Dövlətinin Prezidenti cənab Reuven Rivlin İsraildə yanğınların söndürülməsində iştirak edən beynəlxalq qrupun üzvləri, o cümlədən Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə görüşmüş, göstərdikləri şücaətə görə onlara öz təşəkkürünü bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti