• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Daxil ol
  • Qeydiyyatdan keç
  • Əsas səhifə
  • Cəmiyyət

Kiyevdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib (FOTO)

20 Dekabr 2016 17:47 (UTC+04:00)
  • 0
  • 0

Bakı. Trend:

Kiyevdə Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümünə və Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.

Azərbaycanın Ukraynadakı səfirliyinin və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Ukraynanın dövlət və hökumət rəsmiləri, Ali Radanın deputatları, diplomatik korpus nümayəndələri və diaspor fəalları iştirak ediblər.

Səfirlikdən Trend-ə verilən məlumata görə, Azərbaycan və Ukraynanın dövlət himnlərinin sədaları alında başlayan tədbirdə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev çıxış edərək, 25 il bundan öncə dövlət müstəqilliyini bərpa edən Azərbaycanın beynəlxalq arenada əldə etdiyi yüksək nailiyyətlərdən söz açıb. Dövlət müstəqilliyimizin qorunub saxlanılmasında və dünya Azərbaycanlılarının vahid məfkurə ətrafında birləşməsində Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışan səfir Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən qlobal sosial iqtisadi islahatlardan bəhs edib.

O,Azərbaycanla Ukrayna arasında mövcud strateji müttəfiqlik münasibətlərini müstəqillik tariximizin uğuru kimi dəyərləndirərək, tədbirə qatılanları qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbrik edib.

Tədbirdə jurnalistlərə musahibə verən Ukrayna parlamentinin deputatları Sergey Taruta, Vladimir Ariyev və Qeorqi Loqviniski mütəqillik tarixlərini qoşa addımlayan Azərbaycanla Ukraynanın beynəlxalq arenada eyni mövqedən çıxış etmələrindən və prinsipal məsələlərdə bir-birinə dəstək vermələrindən danışıblar.

Ali Radanın deputatı S.Taruta bildirib: "Azərbycan xalqı mənim üçün son dərəcə əziz və doğma xalqdır. Orada mənim çox yaxın dostlarım və qardaşlarım var. Mən Azərbaycan-Ukrayna parlamentlərarası dostluq qrupunun üzvü kimi tez tez Bakıda oluram. Hər səfərimdə Azərbaycanın nə qədər sürətlə inkişaf etdiyini görüb sevinirəm. Birmənalı olaraq deyə bilərəm ki, Prezident İlham Əliyev Heydər Əliyevin siyasi kursunu çox məharətlə davam etdirir. Azərbaycan bu gün dünyanın idman və mədəniyyət mərkəzlərindən birinə çevrilib. Mən fürsətdən istifadə edərək başda Prezident İlham Əliyev olmaqla Azərbaycan xalqını qarşıdan gələn Yeni il və Həmrəylik bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm".

AŞ PA-da Ukrayna nümayəndə heyətinin rəhbəri V.Ariyev müstəqillik tarixinin 25-ci ildönümünü qeyd edən Azərbaycan xalqını ürəkdən təbrik edib. Qeyd edib ki, Azərbaycan dövləti həqiqətən də müstəqillik illərində çox böyük uğurlar əldə edib: "Mən Avropa Şurası Parlament Assambleyasında hazırladığım hesabatlarda daima Azərbaycanın demokratiya və söz azadlığı istiqamətində əldə etdiyi uğurları qeyd edirəm. Həmçinin Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi və işğal altında olan torpaqlarının geri qaytarılması üçün rəsmi Ukraynanın qətiyyətli mövqeyini nümayiş etdirirəm. Azərbaycanın 20 faiz torpaqları Ermənistan tərəfindən işğal olunub. Əminəm ki, Azərbaycan tezliklə öz torpaqlarını işğaldan azad edəcək. Bir daha dost Azərbaycan xalqını qarşıdan gələn bayramlar münasibətilə təbrik edirəm".

Ali Radanın digər deputatı Q.Loqvinski isə Azərbaycanın hərtərəfli inkişaf strategiyasına heyran olduğunu bildirib: "Bu gün Azərbaycan öz gələcəyinə, xüsusən də uşaqların və gənclərin sağlam böyümələrinə böyük diqqət ayırır. Mənim də bir tərəfim Azərbaycana bağlıdır. Atam Göyçaydan olduğu üçün Azərbaycanın əldə etdiyi nailiyyətlər məni ikiqat sevindirir. Mən çox şadam ki, Ukraynada güclü Azərbaycan diasporu var. Azərbaycan diasporunun rəhbəri Rövşən Tağıyev Ukraynanın ictimai-siyasi həyatında fəal iştirak edir. O, həmçinin Azərbaycan diasporu adından Ukraynada xeyriyyə aksiyaları keçirir. Vaxtaşırı əsgərlərə və qaçqınlara humanitar yardımlar göstəririlər. Azərbaycan səfirliyi ilə də səmərəli əlaqələrimiz var. Fürsətdən istifadə edərək doğma Azərbaycan xalqını hər iki bayram münasibətilə təbrik edirəm".

Bayram süfrəsi ətrafında davam edən tədbir şən və həzin musiqi sədaları altında başa çatıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi
  • Azərbaycanın Ukraynadakı səfirliyi
Digər xəbərlər
Ukraynada “Лiга Смiху 2019” yumor festivalında uğur qazanan Azərbaycan komandası ilə görüş olub
Mədəniyyət 16 Fevral 23:36
Ukraynada Mehdi Hüseynzadənin 100 illiyi münasibətilə poçt markası hazırlanıb (FOTO)
Cəmiyyət 22 Dekabr 2018 12:29
Səfir: "Bakı prosesi" Azərbaycanda yaradılan yeni geosiyasi dəyərdir
Siyasət 21 Dekabr 2018 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Kiyevdə təntənəli şəkildə qeyd edilib (FOTO)
Siyasət 21 May 2018 10:37
Ukraynada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı poçt markası buraxılıb (FOTO)
Cəmiyyət 16 May 2018 13:10
Kiyevdə Heydər Əliyevə həsr olunmuş etno-caz festivalı keçirilib (FOTO)
Mədəniyyət 11 May 2018 14:28
Xəbər lenti
UEFA Çempionlar Liqası çərçivəsində 1/8 final oyunları keçirilib
İdman 02:27
BDU-da ilin ən yaxşı tələbələri mükafatlandırılıb (FOTO)
Cəmiyyət 01:28
Qubada avtomobilin uçuruma düşməsi təhlükəsinin qarşısı alınıb
Hadisə 01:26
Marseldə naməlum şəxs yoldan keçənlərə hücum edib, yaralanan var
Dünya xəbərləri 00:36
Azərbaycan məhsulları “Prodexpo 2019”-da medala layiq görülüb (FOTO)
İqtisadiyyat 00:24
Sinqapurda gənc azərbaycanlı rəssamların sərgisi açılıb (FOTO)
Cəmiyyət 19 Fevral 23:40
TAP layihəsi 85 faizdən çox icra olunub
Energetika 19 Fevral 23:40
İsveçrədə baş verən qar uçqunu altında 10-12 nəfər qala bilər - RƏSMİ
Dünya xəbərləri 19 Fevral 23:00
Ölkədə qızıl cüzi bahalaşdı, gümüşün qiyməti isə...
Gündəm 19 Fevral 22:59
Ən çox oxunanlar
Umayra Tağıyeva: Bakıda bu, ilk qar deyil, soyuq hava kütləsi isə Rusiyadan gəlib (ÖZƏL)
Umayra Tağıyeva: Bakıda bu, ilk qar deyil, soyuq hava kütləsi isə Rusiyadan gəlib (ÖZƏL)
Mikayıl Cabbarov: Hər kəs başa düşür ki, qanun çərçivəsində işləməkdən faydalı yol yoxdur, bulanıq suda balıq tutmaq zamanı bitib (YENİLƏNİB)
Azərbaycan Prezidenti: Əməkhaqlarının, pensiyaların qaldırılması bundan sonra da nəzərdə tutulacaq
ÜST rəsmisi: Azərbaycanda 17 nəfərdə A tipli qrip aşkar edilib
Nəzər nöqtəsi
Bəhruz Quliyev: AXCP və "Milli Şura"da toplaşan sözdə demokratlar dövlətin xalq üçün gördüyü işlərdən təlaşlanırlar

Bəhruz Quliyev: AXCP və "Milli Şura"da toplaşan sözdə demokratlar dövlətin xalq üçün gördüyü işlərdən təlaşlanırlar

Siyavuş Novruzov: Bəziləri dövlət başçısı tərəfindən atılan addımları öz adlarına çıxırlar
Mikayıl Cabbarov: Hər kəs başa düşür ki, qanun çərçivəsində işləməkdən faydalı yol yoxdur, bulanıq suda balıq tutmaq zamanı bitib (YENİLƏNİB)
Millət vəkili: Xalqımızın sosial-rifah halının yaxşılaşdırılması Prezidentin həyata keçirdiyi siyasi kursun ana xəttidir
Azernews Newspaper
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Xəbər terminalı
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2019 Trend News Agency
İstifadə şərtləri