...

Sərhəd-keçid prosedurlarının sadələşdirilməsi üçün atılacaq addımlar

Cəmiyyət Materials 8 Yanvar 2017 17:27 (UTC +04:00)
Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində Azərbaycanın rəqabətqabiliyyətliliyini təmin etmək üçün sərhəd-keçid prosedurları sadələşdirilməlidir.
Sərhəd-keçid prosedurlarının sadələşdirilməsi üçün atılacaq addımlar

Bakı. İlhamə İsabalayeva - Trend:

Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində Azərbaycanın rəqabətqabiliyyətliliyini təmin etmək üçün sərhəd-keçid prosedurları sadələşdirilməlidir.

Trend-in məlumatına görə, bu barədə "Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi"ndə qeyd olunur.

Strateji yol xəritəsində bildirilir ki, bunun üçün həm də idxal-ixrac əməliyyatlarına və tranzit yüklərin daşınmasına sərf olunan vaxt və xərclər optimallaşdırılmalı və bu sahədə digər vacib addımlar atılmalı, beynəlxalq dəhlizlərboyu yol infrastrukturu genişləndirilməli, yenidənqurma işləri və tikinti layihələri başa çatdırılmalı və beynəlxalq standartlara uyğunlaşdırılmalıdır.

Sənəddə qeyd edilən bütün bu məsələlər qarşıya qoyulan strateji məqsədlər kimi qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti