İnam Kərimov: 2016-cı ildə “ASAN xidmət” tərəfindən 12 milyon 369 min xidmət göstərilib.

İnam Kərimov: 2016-cı ildə “ASAN xidmət” tərəfindən 12 milyon 369 min xidmət göstərilib.

Bakı. Trend:

2016-cı ildə “ASAN xidmət” tərəfindən 12 milyon 369 min xidmət göstərilib.

Trend-in məlumatına görə, bunu bu gün Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib.

İ.Kərimov qeyd edib ki, son illər respublikamızda sosial-iqtisadi sahədə, o cümlədən dövlət idarəetməsi sahəsində genişmiqyaslı islahatlar həyata keçirilməkdədir: “Bu islahatların tərkib hissəsi olaraq Sizin təşəbbüsünüzlə dörd il öncə Azərbaycanda yeni qurum - “ASAN xidmət” təsis edilib. Müəllifi olduğunuz “ASAN xidmət”in yaradılmasında məqsəd dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin yüksək keyfiyyətlə, rahat və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsi olub. Sizin qarşımızda qoyduğunuz əsas vəzifə dövlət xidmətlərinin göstərilməsində yeni standartlara nail olunmasıdır. Bu standartlar, dövlət və özəl xidmətlərin, vahid məkanda operativlik, şəffaflıq, nəzakətlilik və məsuliyyət prinsiplərinə uyğun göstərilməsi əsasında formalaşdırılıb.

Yüksək diqqətinizə çatdırmaq istərdim ki, hazırda respublikamızda 11 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. 2016-cı ildə Qəbələ “ASAN xidmət” mərkəzi və Masallı “ASAN həyat” kompleksi fəaliyyətə başlayıb. Sizin hər bir “ASAN xidmət” mərkəzinin açılışında iştirakınız “ASAN” əməkdaşları üçün böyük şərəf və məsuliyyətdir. Bu qayğınız bizi daha böyük əzmlə işləməyə sövq edir”.

O əlavə edib ki, “ASAN xidmət” mərkəzlərində vətəndaşlarımıza 230-dan çox xidmət göstərilir: “Bu xidmətlər 10 dövlət orqanı və özəl şirkətlər tərəfindən təqdim edilir. Bundan əlavə, 2016-cı ilin dekabrında fəaliyyətə başlayan “ASAN Kommunal” Mərkəzində “Azəriqaz”, “Azərsu”, “Azərişıq” şirkətlərinin 45 növ kommunal xidmətləri göstəriləcək. Mərkəzlərin əhatə etmədiyi regionlarda 10 səyyar avtobus vasitəsilə xidmət göstərilir. Səyyar xidmətlərin təkmilləşdirilməsi məqsədilə “Azərbaycan Dəmir Yolları” Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə ilk “ASAN Qatar” təhvil verilib”.

Agentliyin sədri bildirib ki, 2016-cı ilin sonunadək “ASAN xidmət”ə edilən ümumu müraciət sayı 13 milyonu keçib, 12 milyon 369 min xidmət göstərilib. 108 Çağrı mərkəzi indiyədək 1 milyon 210 min zəngi qəbul edərək cavablandırıb: “ASAN xidmət” mərkəzlərində 1 milyon 970 min şəxsiyyət vəsiqəsi, 715 min ümumvətəndaş pasportu verilib, 300 minə yaxın sürücülük vəsiqəsi dəyişdirilib. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üzrə 735 min, notariat sahəsində 1 milyon 865 min xidmət göstərilib. 82 minədək kommersiya hüquqi şəxsi qeydiyyata alınıb, əmlak məsələləri ilə bağlı 454 min xidmət göstərilib, 2016-cı ildə sahibkarlara 2605 lisenziya verilib. Toplanmış dövlət rüsumları hesabına büdcəyə, ümumilikdə, 69 milyon manat, 2016-cı ildə isə 20 milyon manat ödənilib”.

O vurğulayıb ki, ötən il mərkəzlərdə xidmətlərə görə vətəndaş məmnunluğu 100 faizə yaxın olub. Bu göstərici “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən bütün dövlət orqanlarının birgə əməyinin nəticəsidir:

“Möhtərəm cənab Prezident, Sizin vurğuladığınız kimi, “ASAN xidmət”in fəaliyyəti dövlət qulluqçusu-vətəndaş münasibətlərini keyfiyyətcə yeni səviyyəyə qaldırıb. Bu məqsədlə Dövlət Agentliyi tərəfindən etik davranış, psixoloji və digər mövzular üzrə 1142 təlim keçirilib. Bu təlimlərdə 20 minədək şəxs iştirak edib. Qeyd etmək istərdik ki, hazırda “ASAN xidmət”də 2300-dən çox gənc əməkdaş çalışır. Onların 51 faizini qadınlar təşkil edir. Sizin tapşırığınıza əsasən yeni nəsil dövlət qulluqçularının formalaşdırılması məqsədilə 10 mindən çox gənc fəaliyyətimizə könüllü qismində cəlb olunub. 700-dən çox könüllü “ASAN kadr” portalı vasitəsilə işlə təmin edilib. Könüllülər 200-dən çox yerli və beynəlxalq layihələr icra ediblər. Könüllülərimiz, həmçinin sosial şəbəkələrdə də fəal iştirak edib, Sizin apardığınız xarici və daxili siyasətin aktiv təbliğatçıları olublar”.

İ.Kərimov deyib ki, vətəndaşlarımızın dövlət xidmətləri barədə rəyi fəaliyyətimizin əsas keyfiyyət göstəricisi olub: “Fəaliyyətimizlə bağlı məmnunluq əmsalı ilə yanaşı, həmçinin daxil olmuş şikayətlər barədə də Sizə məlumat vermək istərdim. 2016-cı il ərzində “ASAN xidmət”ə daxil olmuş müraciətlərin 0.17 faizi üzrə şikayət olub. Bütün şikayətlər operativ şəkildə araşdırılıb və öz həllini tapıb. Zati-aliləri, Dövlət Agentliyinin qarşısında qoyduğunuz digər vəzifə dövlət xidmətlərinin elektronlaşdırılması və innovasiyaların tətbiq edilməsidir. Hər il 34 dövlət orqanı üzrə 441 elektron xidmət qiymətləndirilib və onların təkmilləşdirilməsi ilə bağlı təkliflər verilib. 43 innovativ və startap layihəsi təqdim olunub, onlardan 22-si artıq tətbiq edilib. “ASAN ödəniş” sisteminə 97 dövlət orqanı inteqrasiya edilib. Dövlət qurumları tərəfindən göstərilən xidmətlərin vahid reyestri yaradılıb. Reyestrə 118 dövlət orqanının 756 xidməti daxil edilib.

Sizin tapşırığınıza əsasən “ASAN xidmət” standartlarının bütün dövlət xidmətlərində tətbiqi məqsədi ilə “ASAN Index” yaradılıb. Bu ildən dövlət xidmətləri “ASAN Index” vasitəsilə qiymətləndiriləcək və onların reytinqi müəyyən ediləcək”.

Agentliyin sədri qeyd edib ki, elektron xidmətlər sahəsində görülmüş tədbirlər nəticəsində Azərbaycan 2016-cı ildə BMT-nin “Elektron Hökumətin İnkişafı İndeksi” üzrə 193 ölkə arasında 12 pillə irəliləyərək 56-cı yerdə, “Elektron İştirak İndeksi” üzrə isə 30 pillə irəliləyərək 47-ci yerdə qərarlaşıb:

“Möhtərəm cənab Prezident, “ASAN xidmət” konsepsiyası dövlət xidmətlərinin səmərəliliyinin artırılması və dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə yanaşı, həmçinin korrupsiya və rüşvətxorluğa qarşı effektiv institusional vasitə kimi çıxış edib. 2016-cı il “Qlobal Korrupsiya Barometri” ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində ciddi irəliləyişlərin olmasını göstərib. Ölkəmizin göstəriciləri bu sahədə Avropa İttifaqı və postsovet ölkələri ilə müqayisədə daha yüksək olub. Təsadüfi deyil ki, bu sahədə effektiv model axtarışında olan dünya birliyi Azərbaycan brendinin tətbiqi ilə yaxından maraqlanır və bu innovativ xidmət təcrübəsindən faydalanır. “ASAN xidmət”in BMT, Dünya Bankı, Avropa Parlamenti və Afrika İttifaqında, 15-dən çox Avropa və digər dövlətlərdə, o cümlədən beynəlxalq media vasitələrində təqdimatı olub. Sizin dəfələrlə qeyd etdiyiniz kimi, bu, Azərbaycanın intellektual məhsul yaratmaq potensialının göstəricisidir. “ASAN xidmət” dövlət xidmətlərinin göstərilməsi üzrə beynəlxalq qurumlar tərəfindən yüksək qiymətlərə layiq görülüb, xüsusilə BMT-nin bu sahədə ən ali mükafatı ilə təltif edilib.

Möhtərəm cənab Prezident, 2017-ci il ərzində Dövlət Agentliyi qarşısında qoyduğunuz vəzifələrin icrası ilə bağlı məruzə edirəm ki, bu il Mingəçevir və Qubada regional “ASAN Həyat” kompleksinin istifadəyə verilməsi, Şəki və İmişlidə isə iki kompleksin inşasına başlanılması nəzərdə tutulur. Bakı şəhərində daha iki “ASAN Kommunal” Mərkəz yaradılacaq”.

İ.Kərimov xatırladıb ki, ölkəmizdə turizmin inkişafı ilə bağlı silsilə tədbirlər çərçivəsində “ASAN Viza” sistemi tətbiq edilib: “Sizin tapşırığınızın icrası ilə bağlı məruzə etmək istəyirəm ki, bu gündən etibarən “ASAN Viza” sistemi tam fəaliyyətə başlayacaq. Bu sistem Xarici və Daxili İşlər nazirlikləri, Dövlət Təhlükəsizlik, Dövlət Sərhəd, Dövlət Miqrasiya xidmətləri ilə birlikdə yaradılıb və bütün informasiya bazaları ilə inteqrasiya olunub. Sosial xarakterli “Ailə Biznesinə ASAN Dəstək” – “ABAD” layihəsi üzrə Masallıda pilot layihənin icrasına başlanılıb. Bu il ərzində Balakəndə Dövlət Neft Şirkəti ilə birlikdə “ABAD park” kompleksinin və İsmayıllıda yerli icra hakimiyyəti ilə birlikdə “ABAD” mərkəzin təşkili nəzərdə tutulur. Eləcə də elektron lisenziya portalı bu il İqtisadiyyat Nazirliyi ilə birlikdə istifadəyə veriləcək və sahibkarlar lisenziya və icazələri dövlət orqanlarına getmədən, elektron qaydada əldə edə biləcəklər.

Möhtərəm cənab Prezident, söz veririk ki, 2017-ci ildə “ASAN xidmət” kollektivi yüksəkkeyfiyyətli xidmətlərini göstərməkdə davam edəcək, dövlət orqanlarının fəaliyyətinə vətəndaşlarımızın inamını daha da gücləndirəcək, mövcud olan nöqsanları aradan qaldıracaq. Əmin edirik ki, fəaliyyətimizlə Sizin yüksək etimadınızı doğruldacaq, qarşımızda qoyduğunuz ciddi vəzifələri vicdanla icra edəcək, vətəndaşlarımızın sosial problemlərinin həllində əməyimizi əsirgəməyəcəyik”.

Bakı şəhəri və Abşeron yarımadasında tozun miqdarı normadan artıqdır
Bakı şəhəri və Abşeron yarımadasında tozun miqdarı normadan artıqdır
Azərbaycanda son sutkada 146 nəfər COVID-19-a yoluxub, 154 nəfər sağalıb, 1 nəfər vəfat edib
Azərbaycanda son sutkada 146 nəfər COVID-19-a yoluxub, 154 nəfər sağalıb, 1 nəfər vəfat edib
Vaxtilə ekoloji fəalkət zonası olan ərazilərin indiki halı (FOTO)
Vaxtilə ekoloji fəalkət zonası olan ərazilərin indiki halı (FOTO)
Loading Bars
Xəbər lenti
Gürcüstan deputatı: Dünya bazarında Azərbaycanın qazının və neftinin çəkisi heç də az deyil
Özbəkistan Baş nazirinin müavini koronavirusdan vəfat edib
Deputat: Paşinyan danışıqlar prosesinin pozulması üçün hər şey edir
Almaniyalı virusoloq koronavirusla bağlı iddialarına cavab verib
Ermənistan yeni müharibəyə hazırlaşır - Bunun nəticəsi nə olacaq? - Rəylər
İbrahim Əhmədov: "Əsrin Müqaviləsi"nin imzalanması nəticəsində Azərbaycana böyük məbləğdə neft gəlirləri daxil olmağa başladı
Bakı şəhəri və Abşeron yarımadasında tozun miqdarı normadan artıqdır
Prezident İlham Əliyevin rəsmi "Facebook" səhifəsində Neftçilər günü ilə bağlı paylaşım edilib (FOTO)
Vüqar Rəhimzadə: Son 26 ildə “Əsrin müqaviləsi”nin Azərbaycana qazandırdığı uğurlar bugünkü reallıqlarımızdır
Azərbaycanda son sutkada 146 nəfər COVID-19-a yoluxub, 154 nəfər sağalıb, 1 nəfər vəfat edib
Azərbaycana qarşı hər hansı bir təcavüz Türkiyəyə qarşı təcavüzdür - Türkiyə PA
Elman Nəsirov: Azərbaycan Avropanın yeni və alternativ enerji mənbəyidir
İranda sutka ərzində koronavirusa yoluxanların sayı 3 min nəfəri keçib
Pərvin Kərimzadə: Erməni vandalizmi bəşər sivilizasiyasına qarşı ciddi təhlükədr
Bakcell neftçiləri təbrik etdi
Vaxtilə ekoloji fəalkət zonası olan ərazilərin indiki halı (FOTO)
Tural Gəncəliyev: Ermənistanın indiki rəhbərliyi məsuliyyət dərk etmir
Ermənistanda 277 yeni yoluxma qeydə alınıb
Sabahın hava proqnozu açıqlanıb
Könül Nurullayeva: Yeni işğal planları quran Ermənistan öz çirkin planlarından əl çəkməsə, nəticələr daha ağır olacaq
"Əsrin müqaviləsi" Azərbaycanın hərtərəfli və sürətli inkişafı üçün zəmin yaratdı - Rauf Əliyev
Bakıda mənzildə köməksiz qalan şəxs xilas edilib
Böyük Britaniyada bıçaqla hücumda 4 nəfər yaralanıb
Ermənistan sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub
Qanada avtobus çaya düşüb, 8 futbolçu həlak olub
Braziliyada koronavirusdan ölənlərin sayı 136 min nəfəri ötüb
Azərbaycanda avtomobil benzinin istehsalı artıb
Bakıda “Mitsubishi” maneəyə çırpılıb
Qazaxıstanda koronavirusa yoluxanların sayı 110 minə yaxınlaşır
Nigeriyada avtobusun çaya düşməsi nəticəsində 14 nəfər ölüb
İtaliyada parlamentarilərin sayına dair referendum keçiriləcək
Fransada rekord sayda yeni yoluxma halı qeydə alınıb
Londonda yeni karantin və peyvəndləməyə qarşı aksiyada 32 nəfər saxlanılıb
Moskvada koronavirusdan ölənlərin sayı 5 058 nəfərə çatıb
Tramp: ABŞ-Kanada sərhədi yaxın zamanda açılacaq
Moskvanın hava limanlarında 33 aviareys ləğv edilib və ya təxirə salınıb
Özbəkistanda koronavirusa yoluxanların sayı 50 min nəfəri ötüb
Nərimanov rayonunda top mərmisi tapılıb (FOTO)
Azərbaycan imitasiya naminə danışıqlarda iştirak etməyəcək – AzTV-nin efirində Qarabağ MÜZAKİRƏSİ
Britaniyada bir gündə koronavirusa 4 422 nəfər yoluxub
Qroznı-Bakı neft kəmərinin bir hissəsinin tikintisi başa çatıb
Beyləqanda PQ-7 raketinin boş motor hissəsi aşkar olunub (FOTO)
Əfqanıstan HHQ-nin aviazərbələri nəticəsində 40 "Taliban" üzvü məhv edilib
BDU professorun universitetə buraxılmaması ilə bağlı məsələyə aydınlıq gətirdi
Türkiyədə koronavirusdan sağalanların sayı 266 min nəfəri ötüb
Tural Gəncəliyev: Təcavüzkar Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyil
Prezident İlham Əliyev: Bizim başqalarının torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik
Prezident İlham Əliyev: Ermənistan regional sabitlik üçün təhdiddir
Prezident İlham Əliyev: Bu gün Ermənistanda söz sahibi Sorosdur
Xəzərdə dalğanın hündürlüyü 2,7 metrə çatıb - FAKTİKİ HAVA
Azərbaycan Prezidenti: Ermənistan o ölkədir ki, islamofobiya onların dövlət siyasətidir
Prezident İlham Əliyev: Əgər ermənilər öz çirkin planlarından əl çəkməsələr, onlar üçün çox ağır nəticələr olacaq
Prezident İlham Əliyev Ermənistanın baş naziri haqqında: Sən kimsən ki, bizimlə şərt dilində danışırsan
Prezident İlham Əliyev: İşğal edilmiş torpaqlara haradansa insan gətirib qanunsuz məskunlaşdırmaq cinayətdir
Prezident İlham Əliyev: Danışıqların hazırkı vəziyyətini mənfi qiymətləndirirəm və hesab edirəm ki, Azərbaycan xalqı mənimlə tam razıdır
Prezident İlham Əliyev neft sənayesi işçilərini təltif edib
Naqif Həmzəyev: “Əsrin müqaviləsi”nin uğurlu icrası Azərbaycanın gücünə güc qatır
Azərbaycanda reanimasiyada olan COVİD-19 xəstələrinin sayı açıqlandı
Dövlətimizin vətəndaş faktoru və xalqın mənafeyi nöqteyi-nəzərindən idarə olunması sabitliyin qarantıdır
"Əsrin müqaviləsi" Azərbaycanın gələcək inkişafına və müstəqilliyin əbədi olmasına töhfə verən ən böyük tarixi sənəddir - Deputat
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
Prezident İlham Əliyev: Azərbaycanın neft potensialına dünyada maraq azalmır, əksinə artır
Azərbaycan Prezidenti: Neft bizim üçün məqsəd deyil, daha yaxşı həyat yaratmaq, daha yaxşı ölkə qurmaq üçün vasitədir
Prezident İlham Əliyev: Bu gün Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir
Pakistanlı senator: Azərbaycanın bayrağı bizim bayrağımız, şərəfi bizim şərəfimizdir
Azərbaycanda son sutkada 148 nəfər koronavirusa yoluxdu, 177 nəfər sağaldı, 2 nəfər vəfat etdi
"Xəzəri qoruyaq" adlı təmizlik aksiyaları keçirilib (FOTO)
Prezident İlham Əliyev: Sovet İttifaqının son illərində Azərbaycana qarşı böyük ədalətsizliklər edildi
Türkiyədən Azərbaycana elektrik avadanlıqlarının ixracı artıb
Azərbaycan Prezidenti: Əgər biz vaxtilə müstəqil ölkə olsaydıq, Azərbaycan dünyanın ən zəngin ölkəsinə çevrilə bilərdi
Mingəçevir Dövlət Universitetində təqaüdə ayrılan iki qocaman müəllimlə görüş keçirilib (FOTO)
Cəlilabadda fərdi ev yanıb
“İrsimiz məsuliyyətimizdir” adlı layihənin ilk tədbiri keçirilib (FOTO)
Prezident İlham Əliyev: Bu gün ölkə iqtisadiyyatının əsas hissəsi neft-qaz sektoru ilə bağlıdır və uzun illər belə olacaq
HDQ komandanı: Sosial şəbəkədə yayılan məlumatların heç bir əsası yoxdur və spekulyativ xarakter daşıyır
Bakıda avtomobillərin səsboğucu sistemlərini oğurlayan şəxsi polislər saxlayıb (FOTO/VİDEO)
İranda koronavirusdan ölənlərin sayı 24 min nəfəri keçib
Prezident İlham Əliyev: “Abşeron” qaz-kondensat yatağının yeni mərhələsi başlayır
Finlandiyanın Nokia şirkəti Azərbaycanın mobil operatoru haqqında yazıb
Oğuzda heyvanların kütləvi zəhərlənməsinin qarşısı alınıb (FOTO)
Külli miqdarda vergini ödəməkdən yayınan şirkət rəhbərinin istintaqı yekunlaşıb
Ekspert: İşləyən pensiyaçılar üçün yeni pensiya kapitalı formalaşacaq
“Dənizin təmizliyi özümüzdən başlayır” devizi altında təmizlik aksiyası keçirilib (FOTO)
Prezident İlham Əliyev: Neftçilərimizin əməyi Azərbaycan xalqının maraqlarına xidmət edir
Türkiyədə 6 futbol hakimi koronavirusa yoluxub
Azərbaycan neftinin qiymətləri dəyişib
SOCAR yeni inkişaf strategiyasının prioritetlərini açıqlayıb
Paşinyanın arvadı növbəti dəfə qadınlar üçün hərbi təlimlər keçirəcək - Ermənistan ordudakı problemləri "həll" etməyə çalışır
Çay haqqında bilmədiklərimiz
Bağlanan 4 bank üzrə əmanətçilərə ödənilən kompensasiyanın məbləği açıqlanıb
ABŞ-da etiraz aksiyasında atışma - Ölənlər var
Azərbaycanda tikinti materiallarının istehsal həcmi açıqlanıb
Sumqayıt Yüksək Gərginlikli Eletrik Şəbəkəsində fəhləni cəryan vurub öldürdü
Prezident İlham Əliyev “Abşeron” yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak edib (FOTO/VİDEO) (YENİLƏNİB-2)
Rusiyada koronavirusa gündəlik yoluxma sayı 6 mini keçdi
Hansı halda işçiyə əmək kitabçasının dublikatı verilməlidir?
Kürdəmirdə qazlaşdırılma səviyyəsi 100 %-ə çatdırılıb (FOTO)
FHN Bakıdakı yanğınla bağlı məlumat yaydı (VİDEO)(ƏLAVƏ OLUNUB)
Əmisinin evində narkotik yetişdirən şəxs saxlanılıb (FOTO)
Sabah 29 dərəcəyədək isti olacaq
Bütün xəbərlər