...

Lənkəran və Naxçıvandan "Vnukovo"ya hava reysi açılacaq

Cəmiyyət Materials 15 Mart 2017 14:01 (UTC +04:00)
Bu ilin iki ayı ərzində ötən illə müqayisədə Heydər Əliyev Beynəlxalq Hava Limanından sərnişin daşımalarının həcmi 34%, bu baxımdan AZAL şirkətinin göstəricisi isə 28% artıb.
Lənkəran və Naxçıvandan "Vnukovo"ya hava reysi açılacaq

Moskva. İlkin İzzət - Trend:

Bu ilin iki ayı ərzində ötən illə müqayisədə Heydər Əliyev Beynəlxalq Hava Limanından sərnişin daşımalarının həcmi 34%, bu baxımdan AZAL şirkətinin göstəricisi isə 28% artıb.

Trend xəbər verir ki, bunu Azərbaycan Hava Yollarının (AZAL) vitse-prezidenti Eldar Hacıyev Moskvanın "Vnukovo" hava limanında Moskva-Gəncə və Moskva-Qəbələ reyslərinin açılışına həsr olunan mətbuat konfransında deyib.

E.Hacıyev bildirib ki, Azərbaycana turizm baxımından maraq böyükdür. Ölkəyə gələnlərin sayı artır. Bu baxımdan müxtəlif istiqamətlərdə nəzərdə tutulan yeni uçuşlar bu rəqəmi daha da artıracaq.

Vitse-prezident bildirib ki, Heydər Əliyev Beynəlxalq Hava Limanı ümumilikdə illik 9 milyon nəfər sərnişin daşıma gücünə malikdir. Lakin hazırda il ərzində aeroportda təxminən 3 milyondan çox sərnişinə xidmət göstərilir.

E.Hacıyev həmçinin qeyd edib ki, AZALJET yaxın gələcəkdə "Vnukovo" hava limanından Lənkəran-Moskva və Naxçıvan-Moskva reysləri üzrə sərnişin daşımaları həyata keçirəcək. Bunun 2018-ci il ərzində baş tutması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti