...

Lider Tv-nin aparıcısı ermənilərin kütləvi qırıldığı ərazidə - Ucar (VIDEO/FOTO)

Cəmiyyət Materials 15 Aprel 2017 13:41 (UTC +04:00)
“Amil Xəlil ilə - Bura Vətəndir!” verilişi bu dəfə Ucardan çox maraqlı araşdırma ilə tamaşaçıların görüşünə gələcək.
Lider Tv-nin aparıcısı ermənilərin kütləvi qırıldığı ərazidə - Ucar (VIDEO/FOTO)

Bakı. Trend:

“Amil Xəlil ilə - Bura Vətəndir!” verilişi bu dəfə Ucardan çox maraqlı araşdırma ilə tamaşaçıların görüşünə gələcək.

416-cı milli divizyanın Ucardan başlanan uğuru. Taqanroqun azad edilməsində azərbaycanlıların o cümlədən, Ucarın böyük rolu...

Müsüslü stansiyası. 1918-ci ilin canlı tarixi...Nuru Paşanın Ucarda toplandığı qərargah illər sonra... Ucarda yığılan azərbaycanlılar Kürdəmiri necə azad etdilər? O dövr haqqında atasından və babasından eşidən Nürəddin müəllim şanlı zəfər haqqında danışacaq.

İllər sonra ermənilərin kütləvi məhvinə səbəb olan hadisədən “Bura Vətəndir!” verilişində danışılacaq. Kürdəmirlə Ucarın igidləri o cümlədən, Azərbaycanın digər bölgələrindən gələnlər, Nuru Paşanın süvari qoşunu ilə birləşərək düşmənləri göldə batırırlar. Həmin ərazi indi də, “erməni batan” ərazisi kimi tanınır.

Bakının azad edilməsində Ucarın və Müsüslünün rolu...

Ustad Aşıq Əhliman deyəcəkləri var. Ustad kimlərə sərt cavab göndərdi? Bu arada Tovuz aşıqlarının Şirvan aşıqları haqqında “oynağan” deməsi ustadı özündən çıxartdı. Əhliman Şirvanlının evinin qonağı olduq.

Çox maraqlı və tarixi bir veriliş sizi gözləyir. 16 aprel saat 14:00 da Lider Tv də.

“Bura Vətəndir!” verilişinin növbəti çəkilişi Mingəçevir şəhərində olacaq. Həmin bölgənin qeyri-adi bacarığı, ixtirası olan və ya ümümilikdə maraqlı faktları olanlar verilişin whatsap nömrəsinə yaza bilərsiniz. +994 70 653 48 69.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti