...

Azərbaycanın daha bir karateçisi finala çıxıb

Cəmiyyət Materials 14 May 2017 11:14 (UTC +04:00)
Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları karate üzrə yarışlarda (kata) Azərbaycan karateçisi Roman Heydərov finala çıxıb.
Azərbaycanın daha bir karateçisi finala çıxıb

Bakı. Trend:

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları karate üzrə yarışlarda (kata) Azərbaycan karateçisi Roman Heydərov finala çıxıb.

Trend-in məlumatına görə, o, BƏƏ təmsilçisi Alabaar Xəlifəyə 5:0hesabı ilə qalib gəlib.

İslam Həmrəyliyi Oyunları çərçivəsində karate üzrə yarışlarda Azərbaycan idmançısı Ayxan Mamayev də özbəkistanlı rəqibi Abduləziz Otobayevi 3:1 hesabı ilə məğlub edərək finala çıxıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti