...

Bu yolda hərəkət məhdudlaşdırılır

Cəmiyyət Materials 9 İyun 2017 10:23 (UTC +04:00)
Balaxanı yolunda hərəkət məhdudlaşdırılır.
Bu yolda hərəkət məhdudlaşdırılır

Bakı. Trend:

Asfalt-beton örtüyünün yenilənməsi ilə əlaqədar bu gündən etibarən Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun Zabrat-Maştağa yolu ilə kəsişməsindən Balaxanı qəsəbəsinə qədər olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.

"Azəravtoyol" ASC-dən Trend-ə verilən məlumata görə, qismən məhdudlaşma 2 gün ərzində qüvvədə olacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti