...

Bakı Avtovağzalından Rusiyada qəzaya uğrayan mikroavtobusla bağlı AÇIQLAMA

Cəmiyyət Materials 16 İyun 2017 18:19
Rusiyanın Kalmıkiya vilayətinin Çernozemelsk rayonunda aşan, Azərbaycan vətəndaşlarının olduğu bildirilən avtobus Bakı-Nijni Novqorod marşrutu üzrə hərəkət edən marşrut avtobusu deyil.
Bakı Avtovağzalından Rusiyada qəzaya uğrayan mikroavtobusla bağlı AÇIQLAMA

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Rusiyanın Kalmıkiya vilayətinin Çernozemelsk rayonunda aşan, içərisində Azərbaycan vətəndaşlarının olduğu bildirilən avtobus Bakı-Nijni Novqorod marşrutu üzrə hərəkət edən marşrut avtobusu deyil.

Bu barədə Trend-ə açıqlamasında Bakı Beynəlxalq Avtovağzal Kompleksinin sahə rəisi Məhəmməd Abdullayev deyib.

Onun sözlərinə görə, Nijni Novqoroddan gələn sərnişin avtobusu iyunun 16-da səhər saatlarında Bakıya çatıb və marşrutda heç bir hadisə baş verməyib: "Biz dəqiqləşdirdik, belə sərnişin avtobusumuz yoxdur. Əgər qəzaya uğrayan mikroavtobusdursa, ola bilsin, marşrutdan kənar sərnişin daşıyır. Bakıdan Nijni Novqoroda mikroavtobus sərnişin daşımır".

Xatırladaq ki, RİA Novosti İnformasiya Agentliyinin məlumatına görə, Rusiyanın Kalmıkiya vilayətinin Çernozemelsk rayonunda Azərbaycan vətəndaşlarının olduğu bildirilən mikroavtobus aşıb, hadisə nəticəsində 10 nəfər, o cümlədən 7 uşaq xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Qəzanın səbəbləri müəyyənləşdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti