...

Formula 1 Azərbaycan Qran Prisinin qalibi müəyyənləşib (FOTO)

Cəmiyyət Materials 25 İyun 2017 19:13 (UTC +04:00)
"Red Bull" komandasının pilotu Daniel Rikkardo Bakıda keçirilən Formula 1 Azərbaycan Qran Prisinin qalibi olub
Formula 1 Azərbaycan Qran Prisinin qalibi müəyyənləşib (FOTO)

Bakı. Trend:

"Red Bull" komandasının pilotu Daniel Rikkardo Bakıda keçirilən Formula 1 Azərbaycan Qran Prisinin qalibi olub.

Trend-in məlumatına görə, yarışın 2-ci pilləsində "Mercedes" komandasının pilotu Valtteri Bottas, 3-cü pilləsində isə "Williams" komandasının pilotu Lens Stroll qərarlaşıb.

Qeyd edək ki, iyunun 23-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından olan Formula 1 dünya çempionatının 8-ci mərhələsi – Azərbaycan Qran-Prisinə start verilib. İyunun 25-də Formula 1 – Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.

Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.

Xəbər lenti

Xəbər lenti