Bakı. Elçin Mehdiyev - Trend:
Bəzi dövlətlər Azərbaycanda dini və məzhəb ayrı-seçkiliyi salmaq istəyirlər.
Trend-in məlumatına görə, bunu “Təzəpir” məscidində bayram namazından sonra Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə deyib.
A.Paşazadə qeyd edib ki, bəzi dövlətlər Azərbaycanın daxili işinə qarışır, məzhəb ayrı-seçkiliyi, dini ayrı-seçkilik salmaq istəyirlər: "İnşallah, biz onların heç birinə imkan yaratmayacağıq. Çünki bizim dövlətimiz tolerant dövlətdir. Bu dövlətdə dindarlar üçün bütün şərait yaradılıb".
QMi sədri bildirib ki, Azərbaycanda bütün dinlərə münasibət eynidir: "Bu yaxınlarda Azərbaycan Prezidentinin sərəncamı ilə dini icmalara maliyyə yardımı göstərildi. Ayrı-seçkilik olmadan müsəlmanlara, xristianlara, yəhudilərə maliyyə yardımı edildi. Bu, Azərbaycanın dövlət rəhbərinin siyasətidir və bu siyasət öz bəhrəsini verir".