...

BDU-nun vyetnamlı tələbələri ilə görüş olub (FOTO)

Cəmiyyət Materials 13 İyul 2017 16:04 (UTC +04:00)
Bu gün Bakı Dövlət Universitetində (BDU) müxtəlif illərdə bu ali təhsil ocağının bitirmiş vyetnamlı məzunlarla görüş keçirilib.
BDU-nun vyetnamlı tələbələri ilə görüş olub (FOTO)

Bakı. Trend:

Bu gün Bakı Dövlət Universitetində (BDU) müxtəlif illərdə bu ali təhsil ocağının bitirmiş vyetnamlı məzunlarla görüş keçirilib.

Bu barədə Trend-ə BDU-nun Mətbuat və İnformasiya şöbəsindən məlumat verilib.

BDU-nun hüquq, geologiya, fizika, mexanika və tətbiqi riyaziyyat, şərqşünaslıq, kimya, biologiya fakültələrinin məzunları ilə görüşü rektor, akademik Abel Məhərrəmov açıb. Bu günün BDU-nun həyatında əlamətdar tarixlərdən biri olduğunu bildirən rektor vyetnamlı məzunların təhsil aldığı dövrdən uzun müddət keçsə də yenidən universiteti ziyarət etmələrindən məmnunluğunu ifadə edib. Rektor qeyd edib ki, BDU-nun vyetnamlı məzunları ölkələrində tanınmış şəxslərdir. Onların arasında nazir, nazir müavinləri postunda, eyni zamanda, dövlət və hökümət strukturlarında, ali təhsil sistemində çalışan çoxsaylı mütəxəssislər var.

Azərbaycan-Vyetnam əlaqələrindən danışan rektor bugünkü görüşün xalqlarımız arasında olan tarixi dostluğun bariz nümunəsi olduğunu bildirib.

Vyetnamın Hanoi Universitetinin professoru, BDU-nun Biologiya fakültəsinin 1978-ci il məzunu Nquyen Van Ma yenidən universitetdə olmaqdan və onlara dərs demiş müəllimlərini görməkdən məmnun olduqlarını bildirib.

Görüşdə universitetin vyetnamlı məzunlara dərs demiş müəllimləri keçmiş tələbələrilə bağlı xatirələrini bölüşüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti