...

Teleradio məkanında ədəbi dil normaları ilə bağlı monitorinqlərin nəticələri açıqlandı

Cəmiyyət Materials 15 Avqust 2017 15:11 (UTC +04:00)
Teleradio məkanında ədəbi dil normalarına riayət edilməsi ilə bağlı aparılan monitorinqlərin nəticələri açıqlanıb.
Teleradio məkanında ədəbi dil normaları ilə bağlı monitorinqlərin nəticələri açıqlandı

Bakı. Elçin Mehdiyev – Trend:

Milli Televiziya və Radio Şurası (MTRŞ) və Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının mütəxəssisləri tərəfindən teleradio məkanında ədəbi dil normalarına riayət edilməsi ilə bağlı aparılan monitorinqlərin nəticələri açıqlanıb.

Trend-in məlumatına görə, monitorinqlər Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi və “Elektron Mediaya Yardım Fondu”nun “Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması” layihəsi çərçivəsində cari ilin iyun-iyul aylarında aparılıb.

Monitorinq İTV, ATV, “Space”, Xəzər, ARB, Lider televiziya kanallarında yayımlanan verilişləri əhatə edib.

Monitorinqin nəticələrinə əsasən, ədəbi dil normaları dilin bütün səviyyələri üzrə - istər fonetik, istər leksik, istər qrammatik, istərsə də üslubi səviyyədə pozulur. Monitorinq nəticəsində qeydə alınmış 850 pozuntu faktından 371-i fonetik, 177-i leksik, 200-ü qrammatik, 104-ü isə üslubi səviyyədədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti