...

"Gənc istedadlar" liseyində Bilik günü keçirilib (FOTO)

Cəmiyyət Materials 15 Sentyabr 2017 11:26 (UTC +04:00)
Bu gün Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən "Gənc istedadlar" liseyində Bilik günü keçirilib.
"Gənc istedadlar" liseyində Bilik günü keçirilib (FOTO)

Bakı. Trend:

Bu gün Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən "Gənc istedadlar" liseyində Bilik günü keçirilib.

Bu barədə Trend-ə BDU-nun Mətbuat və informasiya şöbəsindən məlumat verilib.

BDU-nun rektoru, akademik Abel Məhərrəmov tədbir iştirakçılarını təbrik edib, liseyin qazandığı uğurlardan danışıb. Rektor bu il liseydən məzun olan 46 nəfərdən 13-nün 600-dən artıq bal topladığını, onlardan 7 nəfərin qızıl, 1 nəfərin gümüş medal aldığını, 9 nəfərin isə fərqlənmə attestatına layiq görüldüyünü bildirib. Qedy edib ki, liseyi bitirən məzunların hamısı əvvəlki illərdə olduğu kimi, bu il də yüksək göstəricilərlə yerli və xarici universitetlərə qəbul olunublar.

Akademik A.Məhərrəmov bu il liseyin V sinfinə qəbul olmuş şagirdlərin də yaxşı oxuyacağını, universitetimizə şərəf gətirəcəyinə ümidvar olduğunu bildirib.

Liseyin direktoru, professor Qasım Hüseynov da şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, 10 yaşlı liseyin fəaliyyətindən bəhs edib.

Məzunlar adından bu il yüksək bal toplayaraq BDU-nun Kimya fakültəsinə daxil olan Arzu Fərzullayeva çıxış edərək, şagirdlərə uğurlar diləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti