...

Coğrafi mövqeyinə görə Azərbaycandan narkotik gətirilməsində tranzit kimi istifadə cəhdləri ola bilər

Cəmiyyət Materials 29 Sentyabr 2017 14:18 (UTC +04:00)
Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) dekriminallaşdırılması məqsədəuyğun deyil.
Coğrafi mövqeyinə görə Azərbaycandan narkotik gətirilməsində tranzit kimi istifadə cəhdləri ola bilər

Bakı. İlhamə İsabalayeva – Trend:

Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) dekriminallaşdırılması məqsədəuyğun deyil. Azərbaycanın yerləşdiyi coğrafi məkan elədir ki, narkotiklərin qeyri-qanuni yolla gətirilməsində tranzit kimi istifadəsində cəhdlər göstərilə bilər.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Baş Prokurorluğunun Hüquqi Təminat İdarəsinin rəisi Natiq Hüseynov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi və Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə birgə keçirilən Cinayət qanunvericiliyinin humanistləşdirilməsi ilə bağlı Azərbaycan Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamına əsasən hazırlanan “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinin ictimai dinləməsində çıxışı zamanı deyib.

N.Hüseynovun sözlərinə görə, hazırda məcəllənin 234.1-ci maddəsində göstərilən qeyddə bildirilir ki, narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını könüllü surətdə təhvil verən və ya narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin açılmasında və ya qarşısının alınmasında, bu əməlləri törətmiş şəxslərin aşkar edilməsində, cinayət yolu ilə əldə edilmiş əmlakın tapılmasında fəal iştirak etmiş şəxs cinayət məsuliyyətindən azad edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti