Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycanda ali məktəblərə ildən-ilə daha hazırlıqlı tələbələr qəbul olur.
Trend-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə deyib.
Onun sözlərinə görə, 2017/2018-ci tədris ilində ölkənin ali məktəblərinə rekord sayda - 37 500-ə yaxın abituriyent qəbul olub:
“Xüsusi olaraq vurğulamaq istərdim ki, bu orta qəbul balının artması ilə bərabər baş verib. Yəni, tələbə sayının artması ali məktəblərə qəbul meyarlarının aşağı salınması ilə deyil, keyfiyyət meyarının qorunub saxlanması ilə baş verir".