...

İnterpol xuliqanlıqda təqsirləndirilən azərbaycanlını axtarışa verdi

Cəmiyyət Materials 17 Oktyabr 2017 21:16 (UTC +04:00)
İnterpol xuliqanlıqda təqsirləndirilən azərbaycanlı barədə axtarış elan edib.
İnterpol xuliqanlıqda təqsirləndirilən azərbaycanlını axtarışa verdi

Bakı. Samir Əli - Trend:

İnterpol xuliqanlıqda təqsirləndirilən azərbaycanlı barədə axtarış elan edib.

Trend-in məlumatına görə, 1987-ci il təvəllüdlü Xəyal Quliyev xuliqanlıqda təqsirləndirilir.

Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən X.Quliyev barəsində cinayət işi başlanılıb. X.Quliyev istintaqdan yayınıb.

Məhkəmə istintaqdan yayınan təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi və axtarışa verilməsi barədə qərar çıxarıb. Məhkəmənin çıxardığı qərar əsasında X.Quliyev barəsində beynəlxalq axtarış elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti