• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Əsas səhifə
  • Cəmiyyət

Nazirlər Kabinetində qaçqınların statusu haqqında qanunvericiliyə dəyişiklik edilməsi ilə bağlı iclas keçirilib (FOTO)

25 Oktyabr 2017 18:57 (UTC+04:00)
  • 0
  • 0

Bakı. Trend:

Nazirlər Kabinetində ölkəmizin mövcud qanunvericiliyində (“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa) “əlavə himayə” anlayışının daxil edilməsi təşəbbüsü üzrə görülmüş işlər və nəzərdə tutulan tədbirlərin müzakirəsi ilə bağlı iclas keçirilib.

Trend-in məlumatına görə, Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov iclasın gündəliyi barədə məlumat verərək deyib:

“BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi Furio de Angelis Azərbaycan Hökumətinə iki məsələ ilə bağlı müraciət edib. Birinci məsələ üzrə “Azərbaycan Respublikasında qaçqın statusu almış şəxslərə verilən Qaçqın vəsiqəsinin və Yol sənədinin təsvirinin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı”nın layihəsinin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi nəzərdə tutulur. Bu məsələ demək olar ki, bütün aidiyyəti dövlət orqanları ilə razılaşdırılıb. İkinci məsələ isə BMT-nin Qaçqınların Statusuna dair 1951-ci il Konvensiyası və 1967-ci il Protokolunda qaçqın anlayışı üçün qoyulan meyarlara uyğun gəlməyən, lakin fundamental insan hüquq və azadlıqlarının qorunması baxımından beynəlxalq himayəyə ehtiyacı olan şəxslər üçün sığınacaq təmin etməklə xüsusi statusun – “əlavə himayə”nin verilməsidir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu var. Bu sənəd qeyd edilən beynəlxalq konvensiyaya uyğun olaraq 1999-cu ildə hazırlanıb. Bu gün həmin qanunda dəyişiklik edilməsi barədə layihəni müzakirə edəcəyik. Bu məsələ aidiyyəti qurumlarla müzakirə olunur. Həmçinin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına növbəti ildə ödəniləcək ianə məbləğinin artırılması məsələsinə baxılır”.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycandakı nümayəndəsi Furio de Angelis çıxış edərək Azərbaycan Hökumətinə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına illik ianənin artırılması ilə bağlı təşəbbüsə görə təşəkkürünü bildirib. O deyib ki, Azərbaycanın qaçqınların statusu haqqında 1951-ci il tarixli Konvensiyaya qoşulması və “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun bu Konvensiyaya uyğun olaraq hazırlanması yüksək qiymətləndirilir. BMT nümayəndəsi qeyd edib ki, hazırda Azərbaycanda qaçqın statusu almış 63 nəfər var və onlar müvafiq qanuna əsasən “qaçqın” statusu alıblar.

Eyni zamanda, BMT QAK-ın Azərbaycandakı nümayəndəliyi təşkilata BMT-nin Baş Assambleyası tərəfindən verilmiş mandat əsasında bundan dəfələrlə çox şəxsə beynəlxalq himayəyə ehtiyacı olduqları üçün “qaçqın” statusu verib. Hökumət tərəfindən tanınmış qaçqınlarla birlikdə hazırda sayı 1108 nəfər olan bu şəxslər öz ölkələrini müharibə, geniş yayılmış zorakılıq, insan hüquqlarının kütləvi şəkildə pozulması və digər bu kimi səbəblərdən tərk edərək Azərbaycana gəliblər. Azərbaycan Hökuməti BMT QAK tərəfindən bu şəxslərə verilən sənədləri tanıyaraq onların ölkədə olmalarına dözümlülüklə yanaşıb. BMT QAK bu faktı minnətdarlıqla qiymətləndirməklə yanaşı, həmin kateqoriyadan olan şəxslərin sosial xidmətlərə, əmək bazarına, mülki və iqtisadi münasibətlərə daxil olmasının asanlaşdırılmasının əhəmiyyətini vurğulayıb. İnsan hüquqlarının müdafiəsi üzrə Azərbaycan Respublikasının qoşulduğu bir çox konvensiyalar və beynəlxalq sənədlər “əlavə himayə” anlayışının qanunvericiliyə daxil edilməsini və bu insanların Azərbaycanda mövcudluğunu leqallaşdırmağı tələb edir. “Əlavə himayə” anlayışının qanunvericiliyə daxil edilməsi ilə bu məsələ öz həllini tapacaq və BMT-nin Qaçqınların Statusuna dair 1951-ci il Konvensiyası və 1967-ci il Protokolundan irəli gələn öhdəliklərin icrası olaraq Azərbaycan da bu kateqoriya insanların beynəlxalq himayəsini müvafiq standartlara uyğun şəkildə həyata keçirəcək.

Yol sənədindən danışan Furio de Angelis bildirib ki, bu sənəd qaçqınlara mənşə ölkələri istisna olmaqla, bütün ölkələrə səfər etmək üçün viza almaq hüququ verir. Qaçqınlara verilən vəsiqənin təsviri və spesifikasiyasına gəldikdə isə, bu sənədin tövsiyə olunan formada hazırlanması onların cəmiyyətə, ölkə iqtisadiyyatına daha çox töhfə verə bilməsinə, həmçinin öz ehtiyaclarını təmin etmələrinə kömək göstərərdi.

Sonra Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev çıxış edərək yol sənədinin və qaçqın vəsiqəsinin “qaçqın” statusu almış şəxslərə verilməsinin əhəmiyyətindən danışıb. Həmçinin “Əlavə himayə” ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsinin Azərbaycan Hökumətinin BMT-nin Qaçqınların Statusuna dair 1951-ci il Konvensiyası və 1967-ci il Protokolundan irəli gələn öhdəliklərinin icrası baxımından əhəmiyyətini, məsələyə baxılarkən isə dövlət maraqlarının qorunmasının nəzərə alınmasını vurğulayıb.

Maliyyə nazirinin birinci müavini İlqar Fəti-zadə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov, Xarici İşlər Nazirliyinin humanitar və sosial məsələlər idarəsinin rəis müavini Seymur Mərdəliyev mövzu ətrafında çıxış ediblər.

İclasa yekun vuran Baş nazirin müavini Əli Həsənov diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin çox ciddi səyləri nəticəsində Azərbaycan qısa müddət ərzində dünya ölkələri üçün nümunəyə çevrilib:

“Bunu biz demirik. Bütün dünya ölkələri deyir ki, Azərbaycan bütün istiqamətlərdə, istər qaçqınlar və məcburi köçkünlər üçün yaradılan hüquqi baza və şəraitə, istər iqtisadi, istərsə də humanitar sahənin inkişafında dünya ölkələri üçün nümunədir. Bu, ulu öndər Heydər Əliyevdən başlayaraq bu işləri çox uğurla davam etdirən Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın gördükləri işlərin nəticəsidir. Bu gün beynəlxalq aləmdə Azərbaycana çox böyük hörmətlə yanaşırlar. Bunun da səbəbi təbii ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın dünyada tutduqları mövqedir, ölkəmizdə yaratdıqları şəraitdir”.

Baş nazirin müavini 2017-ci ilin oktyabrında Cenevrədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin 68-ci sessiyasında iştirakını və səfər çərçivəsində BMT-nin Cenevrə bölməsinin rəhbəri Mixael Möller ilə keçirilən görüşü xatırladıb. Qeyd edib ki, M.Möller Azərbaycanın BMT-nin ən fəal üzvlərindən biri olduğunu, ölkəmizin sürətli inkişafının, sosial-iqtisadi məsələlərin həllindəki qərarlarının bir çox ölkələr üçün örnək olduğunu vurğulayıb:

“Mixael Möllerə Azərbaycanda qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, ölkənin hərtərəfli inkişafı istiqamətində görülən işlər barədə məlumat verdim. O dedi ki, biz dünyaya adətən BMT nümunələrini yayırıq. Ancaq bu gün Azərbaycan dövlətinin gördüyü işlər barədə eşidəndən sonra hesab edirəm ki, biz Azərbaycan dövlətinin qaçqın və məcburi köçkünlərin problemlərinin həlli, iqtisadiyyatın inkişafı ilə bağlı gördüyü işləri dünya ölkələrinə yaymalıyıq”.

İclasda Nazirlər Kabineti Aparatının və digər aidiyyəti dövlət orqanlarının nümayəndələri də iştirak ediblər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • Nazirlər Kabineti
Azernews Newspaper
Digər xəbərlər
Prezident İlham Əliyevin Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında sərəncam imzalayıb
Siyasət 18 Aprel 12:46
Məhkumlara tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısı təsdiqlənəcək
Gündəm 15 Aprel 01:49
Publik hüquqi şəxs statuslu Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi yaradılıb
Cəmiyyət 10 Aprel 09:01
Daşınmaz əmlakın qeydiyyatı bir iş günü müddətində mümkün olacaq
İqtisadiyyat 10 Aprel 08:31
Azərbaycan külək elektrostansiyalarının inşasına fərdi investisiyalar cəlb edəcək
İqtisadiyyat 8 Aprel 17:32
Azərbaycanda yaşayan əcnəbilərin sayı məlum oldu
Cəmiyyət 31 Mart 22:12
Ölkədə bu şəxslərin maaşları artırılıb
Gündəm 29 Mart 09:19
Bank kreditlərinin faiz dərəcələrinin aşağı salınması ilə bağlı məsələyə RƏSMİ MÜNASİBƏT
İqtisadiyyat 29 Mart 07:44
Milli Məclis hökumətin hesabatını təsdiq etdi
Siyasət 16 Mart 17:59
Dövlət təşkilatlarında əməyin ödənişi sisteminə yenidən baxıla bilər
Cəmiyyət 10 Mart 08:03
Büdcə təşkilatlarında nəqliyyat vasitələrindən istifadə ilə bağlı qərara dəyişiklik edilib
İqtisadiyyat 8 Mart 14:55
Energetika Sahəsində İslahatlara Dəstək Proqramı çərçivəsində qrant vəsaitindən istifadə istiqamətlərində dəyişiklik edilib
İqtisadiyyat 3 Mart 01:52
Azərbaycanda uşaq bağçaları həyəcan düyməsi ilə təmin ediləcək
Gündəm 3 Mart 01:42
Yasamalda 2 mindən çox yaşayış və qeyri-yaşayış obyektlərini dövlət ehtiyacarı üçün alan orqan müəyyənləşib
Cəmiyyət 20 Fevral 00:53
Müəlliflərin Müəllif Hüquqları Agentliyinə ödəyəcək haqqın məbləği müəyyənləşib
İqtisadiyyat 10 Fevral 03:06
Nazirlər Kabineti, AHİK və Sahibkarlar Təşkilatlarının Milli Konfederasiyası Baş Kolektiv Sazişin bağlanması haqqında qərar qəbul ediblər
Cəmiyyət 10 Fevral 02:38
Bu müəllim və rəhbər işçilər üçün yeni maaş məbləği müəyyənləşdirildi - Yanvarın 1-dən
Cəmiyyət 2 Fevral 14:42
Ağaclarla bağlı YENİ QAYDA – Obyektlərdən minimum 5 metr məsafədə
İqtisadiyyat 30 Yanvar 19:08
Ən çox oxunanlar
Dövlət Turizm Agentliyinin sədri təyin olunub
Dövlət Turizm Agentliyinin sədri təyin olunub
Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni üzvlərini təyin edib
Yeni nazir: Bütün istiqamətlərdə şəffaflıq tam təmin ediləcək (FOTO)
Serj Sarkisyan istefa verdi: "Mən səhv etdim" (YENİLƏNİB)
Nəzər nöqtəsi
Deputat: Eyni ayda keçirilmiş seçkilər Azərbaycanda inkişafa, Ermənistanda isə siyasi xaosa səbəb oldu

Deputat: Eyni ayda keçirilmiş seçkilər Azərbaycanda inkişafa, Ermənistanda isə siyasi xaosa səbəb oldu

Deputat: Qatil Sarkisyan hərbi tribunalda cəzalandırılmalıdır
Sədaqət Vəliyeva: Sarkisyan beynəlxalq tribunal qarşısında törətdiyi cinayətlərin cavabını da verməlidir
"Qarabağ klanı"nın sonu çatdı, Ermənistanın yeganə çıxış yolu isə...
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Info Service
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2018 Trend News Agency
İstifadə şərtləri
  • counter