...

Metodistlərin işə qəbul üzrə qeydiyyatı yekunlaşdı

Cəmiyyət Materials 30 Oktyabr 2017 12:11 (UTC +04:00)
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən Təlimə Dəstək Mərkəzində çalışmaq arzusunda olan metodistlərin (mentorların) işə qəbulu üzrə müsabiqəyə sənəd qəbulu başa çatıb.
Metodistlərin işə qəbul üzrə qeydiyyatı yekunlaşdı

Bakı. Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən Təlimə Dəstək Mərkəzində çalışmaq arzusunda olan metodistlərin (mentorların) işə qəbulu üzrə müsabiqəyə sənəd qəbulu başa çatıb.

İdarədən Trend-ə verilən məlumata görə, qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən 150-yə yaxın şəxs [email protected] elektron poçt ünvanı vasitəsilə qeydiyyatdan keçib.

Qeydiyyatdan keçmiş şəxslər elektron ərizədəki məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra müsabiqənin növbəti (test imtahanı) mərhələsinə dəvət ediləcək.

Qeyd edək ki, BŞTİ-nin nəzdində fəaliyyət göstərən Təlimə Dəstək Mərkəzi ümumi təhsil müəssisələrində pedaqoji prosesin sistemli idarə olunmasının dəstəklənməsi, yeni yanaşmaların məktəblərdə çevik tətbiqinin təmin edilməsi, məktəbdaxili və məktəblərarası öyrədici mühitin zənginləşdirilməsi, təlimin keyfiyyətinin artırılması və fənn metodbirləşmələrinin fəaliyyətinin düzgün istiqamətləndirilməsi məqsədlərinə xidmət edir.

Təlimə Dəstək Mərkəzi BŞTİ-nin tabeliyində olan ümumi təhsil müəssisələrinə müasir təhsil proqramlarının tələblərinə əsaslanan metodist (mentor) dəstəyi verir və məktəblərdə keyfiyyətin təmin edilməsinə nail olmaq üçün müvafiq istiqamətlər üzrə metodiki yardım göstərir.

Mərkəzdə İnzibati idarəetmə, Təlimin təşkili və idarəetmə, Tədrisin idarəolunması, Təhsilalanlarla işin təşkili və idarə olunması, Fənn kurikulumlarının tətbiqi bölmələri fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti