...

Dənizkənarı ekosistemlərin bitkiliyinin yayılmasının e-xəritələri tərtib olunacaq (FOTO)

Cəmiyyət Materials 15 Noyabr 2017 14:31 (UTC +04:00)
AMEA Botanika İnstitutu “Azərkosmos” ASC tərəfindən elan edilmiş müsabiqənin qalibi olub.
Dənizkənarı ekosistemlərin bitkiliyinin yayılmasının e-xəritələri tərtib olunacaq (FOTO)

Bakı. Trend:

AMEA Botanika İnstitutu “Azərkosmos” ASC tərəfindən elan edilmiş “Yer səthinin məsafədən müşahidəsi xidmətlərinin təşviqi” müsabiqəsinin qalibi olub.

İnstitutdan Trend-ə verilən məlumata görə, müsabiqədə Botanika İnstitutu V.Əlizadənin rəhbərliyi ilə həyata keçirilən “Qərbi Xəzərin orta hissəsinin (Azərbaycan hüdudları daxilində - Muğanlı, Qobustan, Sanqaçal və Nabranın Xəzər sərhədi) dənizkənarı ekosistemlərinin bitkiliyinin yayılmasının elektron xəritələrinin tərtibi və antropogen təsiri üzrə inteqral GİS-in yaradılması” layihəsi ilə iştirak edib.

Qalib layihə şərçivəsində İnstituta “Azərkosmos” ASC tərəfindən Azərbaycanın son aerokosmik görüntüləri və elektron xəritələri təqdim olunacaq, institutun əməkdaşları tərəfindən çöl tədqiqatları və zəruri çöl axtarış işləri aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti