...

ETSN: Qaxda yanan meşə ərazisi deyil, otlaq sahəsidir (YENİLƏNİB)

Cəmiyyət Materials 19 Noyabr 2017 10:07 (UTC +04:00)
Ötən gün Qax rayonunun yüksək dağlıq ərazisində başlayan və hələ də davam edən yanğın otlaq sahəsini əhatə edir və meşə zonasına aid deyil
ETSN: Qaxda yanan meşə ərazisi deyil, otlaq sahəsidir (YENİLƏNİB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 09:47-də yayılıb)

Bakı. Samir Əli - Trend:

Ötən gün Qax rayonunun yüksək dağlıq ərazisində başlayan və hələ də davam edən yanğın otlaq sahəsini əhatə edir və meşə zonasına aid deyil.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

Onun sözlərinə görə, yanan ərazi meşə zonasından uzaq məsafədədir: "Yanan ərazi meşə zonasından uzaq məsafədə olsa da, hər ehtimala qarşı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə İdarəsinin əməkdaşları həmin ərazidədirlər. Əməkdaşlarımız tərəfindən yanğının meşə ərazisinə keçməməsi üçün qabaqlayıcı tədbirlər görülür".

Qeyd edək ki, Qaxda ötən gün dağlıq ərazidə yanğın başlayıb. Yanğın yüksək dağlıq ərazidə olduğu üçün söndürülməsində çətinliklər yaranıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti