...

İtkin düşən Quba sakini tapılıb

Cəmiyyət Materials 21 Noyabr 2017 10:24 (UTC +04:00)
İtkin düşən Quba sakini tapılıb.
İtkin düşən Quba sakini tapılıb

Bakı. Trend:

İtkin düşən Quba sakini tapılıb.

Bu barədə Trend-ə DİN Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilir ki, rayonun Möhüc kənd sakini 37 yaşlı ruhi xəstəlikdən əziyyət çəkən Almasov Qəni 18.11.2017-ci il tarixdə saat 16:00 radələrində Quba rayon MRX-nın Poliklinika şöbəsinə gəlmiş lakin çıxdıqdan sonra evə qeri qayıtmayıb.

Bundan narahat olan ailəsi onun tapılması üçün Quba Polis Şöbəsinə müraciət edib.

Polis əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs səhər saatlarında şəhər ərazisində tapılaraq ailəsinə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti