...

BANM-də respublika futzal turnirinə start verildi (FOTO)

Cəmiyyət Materials 29 Noyabr 2017 09:44
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsini (ATİAHİ) və Bakı Ali Neft Məktəbinin (BANM) təşkilatçılığı ilə BANM-in yeni kampusunda ölkənin ali məktəbləri arasında Futzal turnirinə start verilib.
BANM-də respublika futzal turnirinə start verildi (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) və Bakı Ali Neft Məktəbinin (BANM) təşkilatçılığı ilə BANM-in yeni kampusunda ölkənin ali məktəbləri arasında Futzal turnirinə start verilib.

BANM-in İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, turnirin açılış mərasimində ATİAHİ-nin sədri, millət vəkili Səttar Mehbalıyev və BANM-in rektoru Elmar Qasımov iştirak ediblər.

Ali Məktəbin rektoru Elmar Qasımov Futzal turnirinin bütün iştirakçılarını və azarkeşləri salamlayıb, onları BANM-in yeni kampusunda görməyə şad olduğunu bildirib və uğurlar diləyib. ATİAHİ-nin sədri S.Mehbalıyev də açılışda çıxış edərək iştirakçıları motivasiya edib, onlara yarışlarda bol şanslar diləyib.

Qeyd edək ki yarışlarda Bakı, Sumqayıt, Gəncə və Mingəçevir şəhərlərindən 18 ali məktəb iştirak edərək üç yarımqrupda mübarizə aparacaqlar. Hər yarımqrupda birinci və ikinci yeri tutan komandalar növbəti mərhələyə vəsiqə qazanacaqlar. Final oyununda qalib gələn, eləcə də ikinci və üçüncü yeri tutan komandalar isə kubok, diplom və xatirə hədiyyələri ilə təltif olunacaqlar. Bütün komandalara uğurlar arzu edirik!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti