...

Azərbaycan telekanallarında kompleks profilaktika aparılır (YENİLƏNİB)

Cəmiyyət Materials 5 Fevral 2018 14:05 (UTC +04:00)
Azərbaycanın efir məkanında kompleks profilaktika işləri aparılır.
Azərbaycan telekanallarında kompleks profilaktika aparılır (YENİLƏNİB)

Bakı. Hüseyn Vəliyev - Trend:

Azərbaycanın efir məkanında kompleks profilaktika işləri aparılır.

Bu barədə Trend-ə “Teleradio” İstehsalat Birliyindən məlumat verilib.

Qeyd olunur ki, profilaktika işləri ilə əlaqədar olaraq telekanal və radiostansiyaların işi səhər saat 06:00-dan saat 15:00-dək dayandırılıb.

Xatırladaq ki, 2018-ci il üzrə profilaktika işlərinin cədvəli ötən ilin sonlarında təsdiq edilmişdi. Cədvələ əsasən, bu il dörd kompleks profilaktika işinin keçirilməsi nəzərdə tutulur. Növbəti bu cür profilaktika iyun, sentyabr və dekabr aylarnda keçiriləcək.

Qeyd edək ki, erməni mətbuatı guya Azərbaycanda əhalinin informasiyaya çıxışının məhdudlaşdırılması ilə əlaqədar fevralın 5-dən televiziya yayımının dayandırıldığını yazmışdı. Halbuki Azərbaycanda 2018-ci ildə profilaktika işlərinin cədvəli ötən ilin sonunda təsdiq edilmişdi. Cədvələ əsasən, efir məkanında 4 - fevral, iyun, sentyabr və dekabr aylarında kompleks profilaktının aparılması nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti