...

Bayılda qəzalı mənzillərdən çıxarılan ailələrə verləcək kirayənın MƏBLƏĞİ və VAXTI bilindi

Cəmiyyət Materials 16 Fevral 2018 12:52 (UTC +04:00)
Səbail rayon İcra Hakimiyyətinin əməkdaşları Bayıl yamacında qəzalı vəziyyətdə olan mənzil sahibləri ilə görüş keçirib.
Bayılda qəzalı mənzillərdən çıxarılan ailələrə verləcək kirayənın MƏBLƏĞİ və VAXTI bilindi

Bakı. Samir Əli - Trend:

Səbail rayon İcra Hakimiyyətinin əməkdaşları Bayıl yamacında qəzalı vəziyyətdə olan mənzil sahibləri ilə görüş keçirib. Bu barədə Trend-ə sakinlər məlumat veriblər.

Bildirilib ki, Səbail rayon İcra Hakimiyyətinin 46 saylı Mənzil İstismar Sahəsində baş tutan görüşdə sakinlərə mənzil kirayələmək tapşırılıb. İcra Hakimiyyətindən bildiriblər ki, fevralın 19-dan sakinlərə kirayə pulları veriləcək.

Görüşdə ailələrə veriləcək kirayə pullarının məbləği də açıqlanıb. Rayon rəsmiləri bildiriblər ki, ərazidə məskunlaşan və evləri qəzalı vəziyyətdə olan hər ailəyə kirayə tutduqları mənzillərin yerindən asılı olaraq 230-250 manat aylıq kirayə haqqı ödəniləcək. Kirayə haqlarını Səbail rayon İcra Hakimiyyəti ödəyəcək.

Qeyd edək ki, bu il yanvarın 25-də Bayıl qəsəbəsində sürüşmə zonasında prosesin aktivləşməsi nəticəsində evlərdə çatlar yaranıb. Sürüşmə zonasında 90-a yaxın ev qəzalı vəziyyətə düşüb. Sürüşmə ilə bağlı Səbail Rayon İcra Hakimiyyətində xüsusi qərargah yaradılıb.

Bir-neçə gün öncə isə sürüşmənin aktivləşməsi nəticəsində 4 ev tamamilə uçub, digər evlərdə təhlükəli çatlar yaranıb. Ərazidə məskunlaşan sakinlər xüsusi sığınacağa yerləşdirilib. Sürüşmə ərazisində olan mənzillərə verilən qaz, işıq və su xətləri ümumi şəbəkədən ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti