...

DİM yeni təhsil proqramı üzrə hazırlıq kursu təşkil edəcək

Cəmiyyət Materials 2 Aprel 2018 12:34 (UTC +04:00)
DİM 2018-ci il 7-8 aprel tarixlərində Şəki şəhərində Azərbaycan dili və riyaziyyat fənlərindən yeni təhsil proqramları (kurikulumlar) üzrə qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların meyarlar əsasında yoxlanılmasına (marker) dair hazırlıq kursu təşkil edəcək.
DİM yeni təhsil proqramı üzrə hazırlıq kursu təşkil edəcək

Bakı. İlhamə İsabalayeva - Trend:

DİM 2018-ci il 7-8 aprel tarixlərində Şəki şəhərində Azərbaycan dili və riyaziyyat fənlərindən yeni təhsil proqramları (kurikulumlar) üzrə qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların meyarlar əsasında yoxlanılmasına (marker) dair hazırlıq kursu təşkil edəcək.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, Şəki şəhərində 2018-ci il 7-8 aprel tarixlərində DİM-in Şəki Regional Bölməsində (M.Rəsulzadə prospekti 182) Azərbaycan dili və riyaziyyat fənlərindən yeni təhsil proqramları (kurikulumlar) üzrə qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların meyarlar əsasında yoxlanılmasına (marker) dair hazırlıq kursları təşkil edilir.

Hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, yeni proqramla (kurikulum) tanış olan, ixtisası müvafiq fənlərə uyğun olan müəllimlər və metodistlər, pedaqoji yönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlar iştirak edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti