...

Azərbaycanda turistlər tərəfindən bank kartları vasitəsilə aparılan əməliyyatlar artıb

Cəmiyyət Materials 10 Aprel 2018 10:07 (UTC +04:00)
Azərbaycanda turistlər tərəfindən bank kartları vasitəsilə aparılan əməliyyatlar artıb.
Azərbaycanda turistlər tərəfindən bank kartları vasitəsilə aparılan əməliyyatlar artıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycana gələn xarici vətəndaşlar tərəfindən bank kartları vasitəsilə cari ilin yanvar ayında 99,798,809 manat, fevral ayında 91,128,890 manat, ümumilikdə isə 190,927,699 manat məbləğində əməliyyat aparılıb.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ildə xarici vətəndaşlar tərəfindən bank kartları vasitəsilə 31,565,965 manat, yəni 20% daha çox vəsait xərclənib.

Xatırladaq ki, 2017-ci ildə xarici vətəndaşlar Azərbaycanda bank kartları vasitəsilə 1,022,036,752 manat məbləğində vəsait xərcləmişdi.

Azərbaycan vətəndaşları tərəfindən isə xaricdə 2 ay ərzində 179,521,339 manat məbləğində əməliyyat aparılıb. Xarici vətəndaşların Azərbaycanda xərclədikləri vəsaitin həcmi Azərbaycan vətəndaşlarının xarici ölkələrdə xərclədikləri vəsaitdən 11,406,360 manat daha çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti