...

Azərbaycan gimnastı "AGF Junior Trophy"də topla hərəkətlərdə gümüş medal qazanıb

Cəmiyyət Materials 24 Aprel 2018 13:22 (UTC +04:00)
Azərbaycan gimnastı Nərminə Səmədova gənc bədii gimnastların iştirakı ilə "AGF Junior Trophy" adlı beynəlxalq turnirdə topla hərəkətlərdə gümüş medal qazanıb.
Azərbaycan gimnastı "AGF Junior Trophy"də topla hərəkətlərdə gümüş medal qazanıb

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan gimnastı Nərminə Səmədova gənc bədii gimnastların iştirakı ilə "AGF Junior Trophy" adlı beynəlxalq turnirdə topla hərəkətlərdə gümüş medal qazanıb.

Trend-in məlumatına görə, idmançı 16,050 xal toplayıb.

Bu növdə qızıl medalı Rusiya təmsilçisi Darya Trubnikova (17,650 xal), bürünc medalı Bolqarıstan gimnastı Tatyana Volojanina (15,850 xal) qazanıb.

Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında gənc bədii gimnastların iştirakı ilə "AGF Junior Trophy" adlı beynəlxalq turnirin fərdi yarışlarına start verilib.

Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarına əsasən, turnir iştirakçıları 2003-2005-ci il təvəllüdlü gimnastların yaş qrupunda yarışırlar.

Gənc idmançılar bu turnirdə yalnız fərdi çıxış proqramı üzrə öz qüvvələrini sınayırlar. Bu gün ayrı-ayrı alətlər üzrə qaliblər müəyyənləşəcək.

Turnirdə 18 ölkənin təmsilçiləri iştirak edir.

Bu turnirdən dərhal sonra eyni məkanda bədii gimnastika üzrə Dünya Kuboku baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti