Bakı. İlhamə İsabalayeva - Trend:
Dövlət İmtahan Mərkəzi tərəfindən aprelin 22-də inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə keçirilən dövlət qulluğuna qəbul imtahanının statistik nəticələri açıqlanıb.
DİM-dən Trend-ə verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən namizədlərin 1038 nəfəri kişi, 634 nəfəri isə qadın olub. Qeydiyyatdan keçən namizədlərdən kişilər üzrə 907 nəfər (qeydiyyatdan keçənlərin 87%-i), qadınlar üzrə isə 572 nəfər (qeydiyyatdan keçənlərin 90%-i) 20-34 yaş intervalında olanlardır. Ən yuxarı yaş qrupu (60-64 yaş intervalı) üzrə qeydiyyatdan keçənlərin 2-si kişi, 1-i isə qadındır. Lakin yuxarı yaş intervalına aid kişi və qadın namizədlərin heç biri imtahanda uğur qazana bilməyib. Ümumiyyətlə, imtahanda iştirak edən 45 yaşdan yuxarı namizədlərdən yalnız 2 nəfəri (kişi) imtahanı uğurla keçib.
İmtahanda müvəffəqiyyət əldə edən kişi və qadınların 265 nəfəri (147 kişi və 118 qadın), 20-24 yaş intervalında olan namizədlərdir. Bu yaş qrupu üzrə imtahandan iştirak edən kişilərin 51.4%-i, qadınların isə təqribən 60%-i müvəffəqiyyət əldə edib.
25-29 yaş intervalında isə 305 nəfər (187 kişi və 118 qadın) lazım olan balı toplaya bilib.
Cədvəldən də göründüyü kimi imtahanda uğur qazanan namizədlərin 649 nəfəri, yəni təqribən 96%-i yaşı 34-ə qədər olan insanlardır. Bu göstərici 18 fevral tarixində keçirilən imtahanda da eyni idi. Bu onu göstərir ki, imtahanlarda uğur əldə edən namizədlər əsasən gənclərdir.
35-64 yaş intervalında olan və imtahanı uğurla keçən namizədlərin sayı 27 nəfərdir.
Xatırladaq ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1672 namizəddən 676 nəfəri (40.4%) müvəffəqiyyət əldə edib.
Bu, 18 fevral tarixində keçirilən imtahanda qeydə alınan göstəricidən təqribən 10% daha yaxşı nəticədir.
İmtahanda uğur əldə edənlərin faiz göstəricilərinə kişilər və qadınlar üzrə baxsaq görərik ki, qadınların nəticələri az da olsa, daha yuxarıdır. Belə ki, imtahanda iştirak edən kişilərin 38%-i, qadınların isə 44.5%-i uğur əldə ediblər.
Ümumi məlumat
Yaş intervalı |
Qeydiyyatdan keçmişdir |
Test imtahanından uğurla keçib |
Faizlə (%) |
|
20-24 |
483 |
265 |
54.9 |
|
25-29 |
710 |
305 |
43.0 |
|
30-34 |
286 |
79 |
27.6 |
|
35-39 |
100 |
18 |
18.0 |
|
40-44 |
42 |
7 |
16.7 |
|
45-49 |
16 |
1 |
6.3 |
|
50-54 |
20 |
1 |
5.0 |
|
55-59 |
12 |
0 |
0.0 |
|
60-64 |
3 |
0 |
0.0 |
|
Cəmi: |
1672 |
676 |
40.4 |
Kişi və qadınlar üzrə məlumat
Cinsi |
Yaş intervalı |
Qeydiyyatdan keçmişdir |
Test imtahanından uğurla keçib |
Faizlə (%) |
|
Kişi |
20-24 |
286 |
147 |
51.4 |
|
Kişi |
25-29 |
445 |
187 |
42.0 |
|
Kişi |
30-34 |
176 |
46 |
26.1 |
|
Kişi |
35-39 |
63 |
8 |
12.7 |
|
Kişi |
40-44 |
30 |
4 |
13.3 |
|
Kişi |
45-49 |
12 |
1 |
8.3 |
|
Kişi |
50-54 |
14 |
1 |
7.1 |
|
Kişi |
55-59 |
10 |
0 |
0.0 |
|
Kişi |
60-64 |
2 |
0 |
0.0 |
|
Kişilər üzrə cəmi: |
1038 |
394 |
38.0 |
||
Qadın |
20-24 |
197 |
118 |
59.9 |
|
Qadın |
25-29 |
265 |
118 |
44.5 |
|
Qadın |
30-34 |
110 |
33 |
30.0 |
|
Qadın |
35-39 |
37 |
10 |
27.0 |
|
Qadın |
40-44 |
12 |
3 |
25.0 |
|
Qadın |
45-49 |
4 |
0 |
0.0 |
|
Qadın |
50-54 |
6 |
0 |
0.0 |
|
Qadın |
55-59 |
2 |
0 |
0.0 |
|
Qadın |
60-64 |
1 |
0 |
0.0 |
|
Qadınlar üzrə cəmi: |
634 |
282 |
44.5 |
||
Yekun: |
1672 |
676 |
40.4 |