...

Miqrasiya Xidmətində ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 8 May 2018 15:25 (UTC +04:00)
Dövlət Miqrasiya Xidmətində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Miqrasiya Xidmətində ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Dövlət Miqrasiya Xidmətində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Qurumdan Trend-ə verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə Dövlət Miqrasiya Xidmətinin Heydər Əliyev Muzeyini ziyarət edib, ulu öndərin həyat və fəaliyyətini əks etdirən fotoşəkillərdən ibarət stendlərə baxıb və kitablarla tanış olublar.

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar Xidmətin akt zalında keçirilən tədbirdə Dövlət Miqrasiya Xidmətinin rəhbərliyi, əməkdaşları və Milli Məclisin komitə sədri Eldar İbrahimov iştirak ediblər.

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov kollektivlə geniş tərkibdə ilk görüşünün ümummilli liderin xatirəsinə həsr edilmiş tədbirdə baş tutmasından məmnun olduğunu deyib. Ulu öndərin xalq, dövlət qarşısında misilsiz tarixi xidmətlərindən, o cümlədən xalqımızın müstəqillik arzusunun həyata keçməsində və milli dövlətçilik ideyasının gerçəkləşdirilməsində müstəsna rolundan danışıb.

V.Hüseynov diqqətə çatdırıb ki, ulu öndərin siyasi iradəsi, uzaqgörənliyi və böyük dövlətçilik təcrübəsi sayəsində ölkədə yaratdığı sabitlik və keçirdiyi islahatlar Azərbaycanın müstəqilliyini dönməz və əbədi prosesə çevirib, indiki yeniləşmə və tərəqqi üçün mötəbər baza yaradıb.

Xidmət rəisi vurğulayıb ki, dahi öndər dünyəvi, demokratik, açıq bir cəmiyyət qurmaqla Azərbaycanın dünyaya inteqrasiyasının əsasını qoymuşdur. Ötən 15 il müddətində Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın daha möhtəşəm nailiyyətlərə imza atmasını şərtləndirir. Bu gün ölkəmiz iqtisadi, siyasi, humanitar mərkəzə çevrilərək dövlətlər və xalqlar arasında körpü rolunu oynayır və ümumbəşəri proseslərə yeni-yeni töhfələr verir.

Ulu öndərlə bağlı xatirələrini bölüşən Milli Məclisin komitə sədri Eldar İbrahimov Heydər Əliyevin fenomenal şəxsiyyət və lider kimi səciyyəvi xüsusiyyətlərindən, idarəçilik keyfiyyətlərindən, ümumilikdə dövlətçilik fəaliyyətindən bəhs edib. Bildirib ki, məhz ümummilli liderin qətiyyətli addımları sayəsində respublikada ictimai-siyasi sabitlik, qanunçuluq təmin edilib, xaos və anarxiya burulğanından qurtulan cəmiyyət yeni ictimai-iqtisadi formasiyanın tələblərinə cavab verən mütərəqqi inkişaf yoluna qədəm qoyub.

Vurğulanıb ki, tarixə öz möhürünü vurmuş ümummilli lider Heydər Əliyevin siyasətdə və dövlət idarəçiliyində qazandığı nailiyyətlər, ilk növbədə, xalqın dəstəyinə, ictimai inam amilinə söykənib. Ulu öndər qarşıya qoyduğu ali məqsədlərə doğru irəliləyərkən təkcə daxili inamına, yüksək intellektinə və parlaq zəkasına deyil, həm də ictimai etimada əsaslanıb, ən böyük dəstəyi xalqdan alıb.

Mərasim ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Əbədiyyət” sənədli filminin nümayişi ilə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti