...

Binəqədi İcra Hakimiyyətində ASAN könüllüləri ilə görüş olub (FOTO)

Cəmiyyət Materials 15 May 2018 18:16 (UTC +04:00)
Binəqədi rayon İcra Hakimiyyətində 4 may tarixindən etibarən təcrübə keçən 13-cü qrup ASAN könüllüləri ilə görüş keçirilib.
Binəqədi İcra Hakimiyyətində ASAN könüllüləri ilə görüş olub (FOTO)

Bakı. Trend:

Binəqədi rayon İcra Hakimiyyətində 4 may tarixindən etibarən təcrübə keçən 13-cü qrup ASAN könüllüləri ilə görüş keçirilib.

Trend-in məlumatıan görə, görüşdə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, RİH başçısının müavini Aygün Əliyeva, Aparatın şöbə müdiri Elman Dadaşov və 13-cü qrup ASAN könüllüləri iştirak ediblər.

X.İsgəndərov gəncləri salamlayıb və onlara könüllük peşəsini şərəflə, əzmlə icra etmələri münasbətilə təbrik edib. Natiq qeyd edib ki, ulu öndər Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Ulu öndər Heydər Əliyev dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında gənclərin iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etmişdi. Natiq onu da vurğulayıb ki, bu gün bu siyasət ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi inkişaf səviyyəsi gəncliyin də mənəvi-psixoloji yüksəlişini təmin edib: "Bu gün sizlərin bütün dövlət qurumlarında bu cür təcrübə keçməyiniz çox məsuliyyətli və gələcək həyatınız üçün önəmlidir. Hər birinizə bu yolda uğurlar diləyirəm".

Daha sonra gənclər öz təəssüratlarını bölüşərək şöbələrdə öyrəndikləri işlər haqqında ətraflı məlumat veriblər.

Sonda xatirə şəkili çəkdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti