...

Əhməd Rəcəbli küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılır - XƏRİTƏ

Cəmiyyət Materials 29 May 2018 15:35 (UTC +04:00)
Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
Əhməd Rəcəbli küçəsinin bir hissəsində hərəkət məhdudlaşdırılır  - XƏRİTƏ

Bakı. Trend:

Aparılan təmir işləri ilə əlaqədar olaraq Əhməd Rəcəbli küçəsinin Təbriz və Fətəli xan Xoyski küçələri arasında yerləşən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, məhdudlaşma bu gecə, 29-dan 30 may tarixinə keçən gecə tətbiq ediləcək.

Hərəkətin məhdudlaşdırılması Təbriz küçəsindən Fətəli xan Xoyski küçəsi istiqamətində günlük tətbiq ediləcək. Əks istiqamət üzrə hərəkət məhdudlaşdırılması qeyd olunan hissədə işlər yekunlaşandan sonra baş tutacaq.

Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti