...

Göyçayda sel avtomobil körpüsündən başqa, piyada körpüsünü də dağıdıb (FOTO)

Cəmiyyət Materials 3 İyun 2018 12:44 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Göyçay çayının Göyçay rayonu ərazisindən keçən hissəsində sel davam edir.

Bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, hazırda çayın üzərində dağılan avtomobil körpüsü və piyada keçidi nəzarətə götürülüb:

"Avtomobil körpüsünün giriş hissəsini sel uçurub, rayona giriş bağlanıb. Körpüdən aralıda yerləşən köhnə piyada körpüsü də dağılıb. Əməkdaşlarımız dünəndən ərazini nəzarətdə saxlayır".

A.Nəcəfli qeyd edib ki, suyun səviyyəsi azalan kimi bərpa işlərinə başlanılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti