Bakı. İlhamə İsabalayeva – Trend:
Zaqatalada dünən baş vermiş zəlzələdən sonra hazırda ərazidə xırda təkanlar qeydə alınır.
Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) direktoru Qurban Yetirmişli deyib.
O qeyd edib ki, hazırda qeydə alınan təkanlar dünənki zəlzələdən sonra baş verən afterşoklardır:
"Təkanlar yalnız Zaqatalada qeydə alınır. Ümumilikdə Zaqatalada və ətraf ərazilərdə seysmoloji vəziyyət baxımından nisbi sakitlikdir".
Qeyd edək ki, dünən saat 22:40-da Zaqatala ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 6 bala qədər hiss olunub.