Bakı. İlhamə İsabalayeva - Trend:
Ali məktəblərin statusları bir-birindən fərqlənməlidir. Bunun üçün xarici ölkələrin təcrübəsi nəzərə alınaraq təhlillər aparılmalıdır.
Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə deyib.
A.Əlizadə qeyd edib ki, Azərbaycanın ali məktəblərində bir qədər orta təhsil davam etdirilir: "Bu sahədə dəyişikliklərin edilməsi üçün AMEA ilə birlikdə müzakirələr aparmaq lazımdır".
Akdemiya prezidenti bildirib ki, AMEA-da magistratura və doktorantura imtahanlarında TOEFL və IELTS-dən istifadə olunur:
"Hesab edirəm ki, ali təhsil müəssisələrində də TOEFL və IELTS-dən imtahan keçirilməlidir. Bununla da gənclərin ingilis dili biliklərinin artırılmasına nail olmaq mümkündür".