...

Təhsil Nazirliyi: Orta məktəb dərslikləri yeni məzmunda hazırlanıb

Cəmiyyət Materials 5 Sentyabr 2018 14:04 (UTC +04:00)
Yeni tədris ili üzrə 11-ci siniflər üçün dərsliklər yeni məzmunda hazırlanıb.
Təhsil Nazirliyi: Orta məktəb dərslikləri yeni məzmunda hazırlanıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Yeni tədris ili üzrə 11-ci siniflər üçün dərsliklər yeni məzmunda hazırlanıb.

Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov bildirib.

Onun sözlərinə görə, 2, 3 və 7-ci siniflər üçün isə dərsliklərin məzmununa əsaslı dəyişikliklər edilib.

Qeyd edək ki, orta məktəblərin şagirdləri dərslikləri təhsil aldıqları ümumi təhsil müəssisəsindən əldə edə bilərlər. Proses sentybarın 3-dən başlayıb və hazırda davam edir.

Yeni tədris ilində dövlət ümumtəhsil müəssisələrinin I-XI sinifləri üçün 332 adda 6 726 029 nüsxə dərslik və müəllimlər üçün metodik vəsait çap edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti