...

Badamdar sürüşmə zonasında SON VƏZİYYƏT

Cəmiyyət Materials 22 Oktyabr 2018 09:35 (UTC +04:00)
Bakının Səbail rayonunda Badamdar sürüşmə zonasında çoxlu yeni çatlar yaranıb.
Badamdar sürüşmə zonasında SON VƏZİYYƏT

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakının Səbail rayonunda, Badamdar sürüşmə zonasında çoxlu yeni çatlar yaranıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sürüşmə zonasında saat 09:00-a olan monitorinqlərin nəticəsinə əsasən, sürüşmə kütləsinin üzərində çoxlu sayda yeni çatlar müşahidə edilir.

Sürüşmə sahəsinin yuxarı hissəsində süxur qopmaları davam edir.

Sürüşmə zonasında əsaslı dəyişiklik qeydə alınmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti