...

Azərbaycanda parlament televiziyasının açılması təklif edilir

Cəmiyyət Materials 15 Noyabr 2018 12:19 (UTC +04:00)
Azərbaycanda parlament televiziyasının açılmasına çox böyük ehtiyac var.
Azərbaycanda parlament televiziyasının açılması təklif edilir

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanda parlament televiziyasının açılmasına çox böyük ehtiyac var. Trend-in məlumatına görə, bunu deputat Tahir Kərimli Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

T.Kərimli qeyd edib ki, parlamentin fəaliyyətinin, o cümlədən iclasların, komitə görüşlərinin, deputatların fəaliyyətinin işıqlandırılması üçün parlament televiziyası vacib olardı.

Deputatın sözlərinə görə, başqa televiziyalarda parlamentin fəaliyyəti kifayət qədər işıqlandırılmır: “Digər ölkələrdə parlament televiziyaları var. Hesab edirəm ki, Azərbaycanda da parlament televiziyasının olması məqsədəuyğun olardı”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti