Bakı. Trend:
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.
Trend-in məlumatına görə, noyabrın 26-da qızılın qiyməti noyabrın 23-ü ilə müqayisədə 5,423 manat azalaraq 1 unsiya üçün 2082,8315 manat təşkil edib.
Gümüş 0,266 manat ucuzlaşaraq 1 unsiya üçün 24,3935 manata bərabər olub.
Trend-ə görə, platinin qiyməti 3,2725 manat azalaraq 1437,5455 manat, palladiumun qiyməti isə 38,301 manat azalaraq 1924,859 manat təşkil edib.
Ad |
26.11.18 |
23.11.18 |
|
Qızıl |
XAU |
2082,8315 |
2088,2545 |
Gümüş |
XAG |
24,3935 |
24,6595 |
Platin |
XPT |
1437,5455 |
1440,818 |
Palladium |
XPD |
1924,859 |
1963,16 |
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.