...

YAP-da “Gənclər və ailə: ənənə və müasir baxış” mövzusunda tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 7 Fevral 2019 15:00 (UTC +04:00)
Bu gün Yeni Azərbaycan Partiyasının Mərkəzi Qərargahında “Gənclər və ailə: ənənə və müasir baxış” mövzusunda tədbir keçirilib.
YAP-da “Gənclər və ailə: ənənə və müasir baxış” mövzusunda tədbir keçirilib (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Bu gün Yeni Azərbaycan Partiyasının Mərkəzi Qərargahında “Gənclər və ailə: ənənə və müasir baxış” mövzusunda tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı ailə dəyərləri haqqında danışıb. O qeyd edib ki, ailə institutu hər bir cəmiyyət üçün mühüm əhəmiyyətə malikdir:

"Şəxsiyyətin formalaşmasında ailənin böyük rolu var. Azərbaycanda ailə və uşaqlarla bağlı təkmil qanunvericilik bazası mövcuddur. Bu gün bəzi hallarda əxlaqa, tərbiyəyə, milli adət-ənənələrimizə zidd halların baş verməsi təəssüf doğurur".

Daha sonra çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva isə deyib ki, Azərbaycanda dövlət ailə məsələlərinə xüsusi diqqət yetirir, bu istiqamətdə müxtəlif addımlar atılır. Onun sözlərinə görə, ailədəki problemlərin kökü araşdırılmalıdır:

“Reallıq odur ki, müəyyən problemlər var. Təəssüflər olsun ki, Avropada ailə institutu deformasiyaya məruz qalıb:

Tədbirdə daha sonra çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov deyib ki, bu gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə Azərbaycanda gənclərin evliliyə baxışı, ailə mühiti, müasir baxışlar, adət-ənənələr mövzusunda tədbir keçirilir:

“Ailə kiçik bir dövlət modelidir və bizim milli-mənəvi dəyərlərimizin tərkib hissəsidir. Bu tədbiri keçirməkdə məqsədimiz gənclərimizin ailə ilə bağlı qanunvericilikdə nəzərə tutulan hallarla tanış etməkdir".

Tədbirə diskussiya şəklində yekun vurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti