...

Bu ərazidə svetoforun iş rejimində dəyişiklik edilib (VİDEO)

Cəmiyyət Materials 25 Fevral 2019 18:21 (UTC +04:00)
Paytaxtın H.Cavid prospekti ilə Ə.Haqverdiyev küçəsinin kəsişməsində svetoforun iş rejimində dəyişiklik edilib.
Bu ərazidə svetoforun iş rejimində dəyişiklik edilib (VİDEO)

Bakı. Samir Əli - Trend:

Paytaxtın H.Cavid prospekti ilə Ə.Haqverdiyev küçəsinin kəsişməsində svetoforun iş rejimində dəyişiklik edilib.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, belə ki, artıq kəsişmədə H.Cavid prospektindən sağa gedən nəqliyyat vasitələri düzünə istiqamətlənən nəqliyyat vasitələri ilə eyni vaxtda hərəkət edə biləcəklər.

Dəyişiklik, vətəndaşların Bakı Nəqliyyat Agentliyinə ünvanladığı çoxsaylı müraciətləri nəzərə alınaraq edilib və yol hərəkətinin təşkilinin səmərəliliyinin artırılması məqsədini daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti