...

Bakı Ali Neft Məktəbi Yaponiyanın TV proqramında

Cəmiyyət Materials 1 Mart 2019 17:16 (UTC +04:00)
Yaponiyanın məşhur Fuji Telekanalı özünün ‘Naruhodo! The World’ adlı proqramında Bakı Ali Neft Məktəbini (BANM) öz geniş auditoriyasına təqdim edib.
Bakı Ali Neft Məktəbi Yaponiyanın TV proqramında

Bakı. Trend:

Yaponiyanın məşhur Fuji Telekanalı özünün ‘Naruhodo! The World’ adlı proqramında Bakı Ali Neft Məktəbini (BANM) öz geniş auditoriyasına təqdim edib.

Bakı Ali Neft Məktəbindən Trend-ə verilən məlumata görə, proqramda aparıcı qismində çıxış edən Yaponiyanın tanınmış aktrisası Hitomi Kuroki BANM-da olub və Ali Məktəbin Neft-qaz mühəndisliyi ixtisasında təhsil alan tələbələrinin laboratoriya dəsrlərinə qatılıb.

Yaponiyada neft sənayesi böyük maraqla qarşılandığından aparıcı tələbələrə bu sahə ilə bağlı bir sıra maraqlı suallar ünvanlayıb.

O eyni zamanda BANM tələbələrinə niyə neft-qaz mühəndisliyini və bu sahədə niyə məhz BANM-ı seçdiklərini sual verib. Cavabında isə tələbələr bu sahədə mütəxəssislərin daha çox maaş aldıqlarını, BANM-ın isə ölkədə bu sahə üzrə ən güclü təhsil verən ali təhsil müəssisəsi olduğunu bildiriblər.

Proqramda BANM-ın kampusunun ətrafında yerləşən neft buruqlarından görüntülər də yer alıb.

Yaponlar həmçinin Azərbaycanın turistik yerlərini, eləcə də, Bakı, milli adət-ənənə və mətbəxlə bağlı maraqlı kadrları və faktları Fuji TV izləyicilərinə çatdırıblar.

Qeyd edək ki, İlk dəfə 1981-ci ildə yayımlanan proqram bugünə kimi 700-dən çox verilişlə ekrana çıxıb.

Proqramın Ali Məktəblə bağlı süjetindən qısa çıxarışı sizə təqdim edirik.

https://www.youtube.com/watch?v=rBCll7dTKFM&feature=youtu.be&fbclid=IwAR0jDOHpJpgpO8AaleZlD2ENgkgOFvmy392XZaJEmJ2ZAvFT5EnG3lTGfcU

Məqalədə:
Xəbər lenti

Xəbər lenti