...

Ombudsmanın Cəlilabad Regional Mərkəzi tərəfindən silsilə tədbirlər keçirilib

Cəmiyyət Materials 18 Mart 2019 15:17 (UTC +04:00)
Ombudsmanın Cəlilabad Regional Mərkəzi tərəfindən silsilə tədbirlər keçirilib
Ombudsmanın Cəlilabad Regional Mərkəzi tərəfindən silsilə tədbirlər keçirilib

Trend-i buradan izləyin

Bakı. Trend:

Bu günlərdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Cəlilabad Regional Mərkəzi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran Şəhər Təhsil Şöbəsinin (ŞTŞ) birgə təşkilatçılığı ilə Lənkəran rayonu Şirinsu kənd tam orta məktəbində “Dini radikalizm, zərərli vərdişlər və onların fəsadları” mövzusunda, Qumbaşı kənd tam orta məktəbində “Gənclərin dini radikalizm, narkomaniya və erkən nikahlardan qorunması” mövzusunda, Yuxarı Nüvədi kənd tam orta məktəbində “Mənəvi dəyərlərimizi qoruyaq!” mövzusunda, Xanbulan qəsəbə tam orta məktəbində “Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolu” mövzusunda, habelə Tükəvilə kənd tam orta məktəbində “Nəsimi ili” ilə əlaqədar tədbirlər keçirilib.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, tədbirlərdə dövlət qurumlarının əməkdaşları, yerli sakinlər, müəllimlər və şagirdlər iştirak ediblər.

Ombudsmanın Cəlilabad Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov həmin tədbirlərdə çıxış edərək dövlətin yeniyetmə və gənclərin yüksək təhsil almaları və asudə vaxtlarının səmərəli təşkili üçün gördüyü işlərdən danışıb. O, uşaq hüquqlarının insan hüquqlarının ayrılmaz tərkib hissəsi olduğunu diqqətə çatdıraraq, uşaqların və gənclərin vətənpərvərlik ruhunda formalaşmasının vacibliyinə diqqət çəkib, zərərli vərdişlərə və erkən nikahlara qarşı qətiyyətli olmalarını tövsiyə edib.

Z.İsmayılov çıxışında bildirib ki, bu gün Azərbaycan müasir, inkişaf edən dövlət olmaqla yanaşı, həm də öz köklərinə sıx bağlı olan ölkədir. O, ölkəmizdə mövcud olan yüksək tolerantlıq ənənələrinin məhz bizim mənəvi dəyərlərimizdən qaynaqlandığını qeyd edib.

Habelə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2019-cu ilin “Nəsimi ili” elan edilməsi Nəsimi yaradıcılığına, onun irsinə töhfə olmaqla yanaşı, bütövlükdə Azərbaycan ədəbiyyatına, mədəniyyətinə verilən dəyər kimi yüksək qiymətləndirilib. Ölkəmizdə milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması istiqamətində mühüm tədbirlər həyata keçirildiyi diqqətə çatdırılıb.

Ombudsman Elmira Süleymanovanın insan hüquqları, o cümlədən uşaqların və gənclərin hüquqlarının təmin olunması sahəsində çoxşaxəli fəaliyyəti barədə ətraflı məlumat verilib.

Tədbirlərin sonunda iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti