...

Şərqşünaslıq İnstitutunda Elm günü qeyd edilib (FOTO)

Cəmiyyət Materials 19 Mart 2019 13:35 (UTC +04:00)
Martın 19-da AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda 27 Mart - Elm Gününə həsr olunan yığıncaq keçirilib.
Şərqşünaslıq İnstitutunda Elm günü qeyd edilib (FOTO)

Bakı. Trend:

Martın 19-da AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda 27 Mart - Elm Gününə həsr olunan yığıncaq keçirilib.

İnstitutdan Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Gövhər Baxşəliyeva ölkədə elmə dövlət qayğısından danışaraq, Prezident İlham Əliyevin 9 aprel 2018-ci il tarixli sərəncamı ilə respublikada Elm Gününün təsis edilməsinin bu diqqətin bariz nümunəsi olduğunu vurğulayıb.

G.Baxşəliyeva ulu öndər Heydər Əliyevin ölkənin həyatının bütün sahələrinə, o cümlədən elmə böyük diqqət yetirdiyini söyləyib. Ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdanda, 1993-cü ildə birinci görüşünü məhz Elmlər Akademiyasında Azərbaycan ziyalıları ilə keçirdiyini xatırladan Gövhər xanım, onun həmin görüşdə söylədiyi sözləri yada salıb: “Elmlər Akademiyası Azərbaycan xalqının bir neçə nəsli tərəfindən yaradılmış milli sərvətidir, biz onu qoruyub yaşatmalıyıq”.

G.Baxşəliyeva bildirib ki, ötən ilin sonunda 60 yaşını qeyd edən Şərqşünaslıq İnstitutu bu illər ərzində elmimizə böyük töhfələr verib, burada akademik Əbdülkərim Əlizadənin mətnşünaslıq, akademik Ziya Bünyadovun mediyevistika, akademik Həmid Araslının türkologiya, professor Aida İman­qu­li­ye­va­nın ərəbşünaslıq, professor Rüstəm Əliyevin iranşünaslıq məktəbləri yaranıb. Bu gün Şərqşünaslıq İnstitutunda çalışanların əksəriyyəti bu böyük alimlərin bilavasitə şagirdləri və davamçılarıdır.

Gövhər xanım ötən ilin noyabrında Şərqşünaslıq İnstitutunun bir qrup əməkdaşının Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə yüksək fəxri adlar, orden və medallarla təltif edildiyini söyləyərək, bunun bütövlükdə İnstitutun kollektivinin səmərəli fəaliyyətinə dövlət başçısı tərəfindən verilən yüksək qiymət olduğunu qeyd edib.

Tədbirdə İnstitutun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə, İnstitutun həmkarlar təşkilatının sədri tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı, Nəşriyyat və elmi informasiya şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Ruhəngiz Cümşüdlü və başqaları çıxış edərək, Azərbaycan elminin tarixində Şərqşünaslıq İnstitutunun tutduğu yerdən danışıblar, İnstitutunun çoxsaylı kollektivinin əzmlə, böyük həvəslə çalışıraq milli şərqşünaslıq elmimizin şərəfli ənənələrini yaşatdığını, onu inamla yeni zirvələrə doğru apardığını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti