...

Gimnastlarımız topla hərəkətlərdə AGF Junior Trophy beynəlxalq turnirinin finalına yüksəliblər

Cəmiyyət Materials 20 Aprel 2019 20:31 (UTC +04:00)
Azərbaycan gimnastları Arzu Cəlilova və Nərminə Səmədova topla hərəkətlərdə bədii gimnastika üzrə 2-ci AGF Junior Trophy beynəlxalq turnirinin finalına yüksəliblər.
Gimnastlarımız topla hərəkətlərdə AGF Junior Trophy beynəlxalq turnirinin finalına yüksəliblər

Bakı. Cani Babayeva - Trend:

Azərbaycan gimnastları Arzu Cəlilova və Nərminə Səmədova topla hərəkətlərdə bədii gimnastika üzrə 2-ci AGF Junior Trophy beynəlxalq turnirinin finalına yüksəliblər.

Trend-in məlumatına görə, Arzu Cəlilova 19,800 bal, Nərminə Səmədova isə 17,750 bal toplayıb.

Finala həmçinin Anastasiya Simakova (Rusiya), Sofiya Raffaelli (İtaliya), Asya Adi Kats (İsrail), Sabina Bakatova (Qazaxıstan), Yeva Brezaliyeva (Bolqarıstan) və Marqarita Kolosova (Almaniya) yüksəliblər.

Qeyd edək ki, Bakıda 20-21 aprel tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 2-ci AGF Junior Trophy beynəlxalq turniri keçirilir. Yarışda 20 ölkənin 130-a yaxın gənc bədii gimnastı iştirak edir.

Dünya Kubokundan bir neçə gün öncə (26-28 aprel) keçiriləcək gənclərin yarışında Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarına əsasən, yalnız 2004-2006-cı il təvəllüdlü gimnastlar çıxış edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti