...

Artilleriya rəisləri ilə toplanış keçirilib (FOTO/VİDEO)

Cəmiyyət Materials 19 İyun 2019 15:53 (UTC +04:00)
Artilleriya hərbi hissələrinin komandirləri və onların müavinləri ilə komandir toplanışı keçirilib.
Artilleriya rəisləri ilə toplanış keçirilib (FOTO/VİDEO)

Bakı. Trend:

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin döyüş hazırlığı planına əsasən birlik və birləşmələrin artilleriya rəisləri, həmçinin artilleriya hərbi hissələrinin komandirləri və onların müavinləri ilə komandir toplanışı keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə raket və artilleriya bölmələri ilə döyüş vəziyyətinə uyğun şəraitdə təlim və məşğələlər keçirilib, döyüş hazırlığının yekunları və hərbi intizamın vəziyyəti təhlil edilib, növbəti tədris mövsümü ilə əlaqədar tapşırıqlar verilib.

Toplanışın yekununda zabit heyətinin nəzəri biliklərinin yoxlanılması məqsədilə məqbullar qəbul edilib və praktiki atışlar icra olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti