...

Sabah ilin ikinci Günəş tutulması hadisəsi baş verəcək

Cəmiyyət Materials 1 İyul 2019 11:15 (UTC +04:00)
Bu ilin ikinci Günəş tutulması (tam tutulma) hadisəsi iyulun 2-3-nə təsadüf edəcək.
Sabah ilin ikinci Günəş tutulması hadisəsi baş verəcək

Bakı. Samir Əli - Trend:

Bu ilin ikinci Günəş tutulması (tam tutulma) hadisəsi iyulun 2-3-nə təsadüf edəcək.

AMEA Şamaxı Astrofizika Rəsədxanasından Trend-ə verilən məlumata görə, bu təbiət hadisəsi iyulun 2-də yerli vaxtla saat 20:55-də başlayacaq və 3 iyul 01:50-də başa çatacaq.

Günəş tutulması Sakit Okeanın cənub hissəsi, Cənubi Amerika, Çili, Argentina və Sakit okeanın cənubundan aydın görünəcək.

Növbəti tutulma dekabrın 26-na təsadüf edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti