...

Cinayət törətməkdə şübhəli bilinən 11 nəfər saxlanılıb

Cəmiyyət Materials 3 İyul 2019 12:49 (UTC +04:00)
Ötən gün ərzində törədilmiş 8 cinayətin üstü “isti izlər”lə açılıb.
Cinayət törətməkdə şübhəli bilinən 11 nəfər saxlanılıb

Bakı. Samir Əli - Trend:

Ötən gün ərzində törədilmiş 8 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 2 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 4 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 2 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 11 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti