...

Peşə təhsili müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayır

Cəmiyyət Materials 22 Avqust 2019 10:16 (UTC +04:00)
Avqustun 22-də peşə təhsili müəssisələrinə qəbul olunanların qeydiyyat prosesi başlayır.
Peşə təhsili müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayır

Bakı. Elçin Mehdiyev - Trend:

Avqustun 22-də peşə təhsili müəssisələrinə qəbul olunanların qeydiyyat prosesi başlayır.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bu proses avqustun 27-dək davam edəcək.

İxtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslər bu müddət ərzində təhsil haqqında sənədin əslini, tibbi arayış, şəxsiyyət vəsiqəsinin surətini, 3x4 sm ölçüdə 4 ədəd fotoşəkil, hərbi mükəlləfiyyət barədə sənədi (hərbi mükəlləfiyyətlilər) qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməlidirlər.

Qeyd edək ki, 8 808 nəfər peşə təhsili müəssisələrinə qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti