...

FAO ETSN ilə birgə Azərbaycanda yeni layihəyə start verir

Cəmiyyət Materials 24 Sentyabr 2019 13:31 (UTC +04:00)
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Azərbaycanda yeni layihəyə start verir.
FAO ETSN ilə birgə Azərbaycanda yeni layihəyə start verir

Bakı. İlhamə İsabalayeva -Trend:

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ilə birgə Azərbaycanda yeni layihəyə start verir.

Trend-in məlumatına görə, bunu FAO-nun Baş Texniki Məsləhətçisinin əvəzləyicisi, Yaşıl Iqlim Fondu ilə Əməkdaşlığa Hazırlıq üzrə Layihə koordinatoru Carmen Arguello deyib.

Onun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və icraçı qurum kimi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı Yaşıl İqlim Fondu tərəfindən təsdiq olunmuş və sektora spesifik olan bilik və məlumatların təmin edilməsi, eləcə də Kənd Təsərrüfatı və TİTİDM sahələrində Milli Öhdəliklərin həyata keçirilməsini asanlaşdırmaq üçün praktiki texnoloji həllərin tətbiqinin ətraflı təhlilini hədəfləyən ikinci Əməkdaşlığa Hazırlıq layihəsinə start verir. Layihənin büdcəsi təxminən 500 min dollar, müddəti 18 aydır.

FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak qeyd edib ki, inkişafda olan ölkə kimi Azərbaycan iqlim dəyişikliyini ciddi ətraf mühit problemlərindən biri hesab edir və bu sahədə beynəlxalq əməkdaşlığı dəstəkləyir. FAO öz növbəsində dünyanın qabaqcıl təcrübələrinin Azərbaycana gətirilməsi ve tətbiq edilməsi istiqamətində ölkəmizə göstərdiyi dəstəyi əsirgəmiyəcək. O bildirdi ki, sözügedən ikinci əməkdaşlığa hazırlıq layihəsi akkreditasiya prosesininin başlanması üçün ən uyğun milli qurumun (dövlət və yaxud özəl) müəyyən edilməsini də hədəfləyir. Akkreditasiya prosesi müvafiq sektorlardan olan bütün qurumlara açıq olacaq. Bu layihə həm də gender balanslı və iştirakçılıq yanaşması tətbiq etməklə Azərbaycanın Milli Öhdəliklərinin həyata keçirilməsi üçün ənd Təsərrüfatı və TİTİDM sektorlarında iqlim investisiyalarında özəl sektorun iştirakının təşviqi imkanlarına da nəzər salacaq.

Daha sonra və Layihə Koordinatoru Carmen Arguello Azərbaycanda ətraf mühit üzrə mövcud vəziyyət və iqlim sahəsində fəaliyyətləri, kənd təsərrüfatı da daxil olmaqla əsas sektorlarda iqlimlə bağlı tədbirlərin həyata keçirilmə imkanları və s barədə təqdimat verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti